CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın həmcinsinin pulunu oğurlayıb özünə telefon aldı

© AFP 2023 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanılıb

BAKI, 5 iyun — Sputnik. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Həsənova iyunun 4-də rayon ərazisindəki sağlamlıq mərkəzlərinin birində içərisində 1050 manat, 200 ABŞ dolları və bank kartları olan çantasının oğurlandığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Ş.Sarıyeva olduğu, oğurladığı pula mobil telefon aldığı müəyyən edilib. Mobil telefon və pulqabı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Xəbər lenti
0