Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə dəstək məqsədilə ilə xeyriyyə tədbiri

Bakıda xeyriyyə tədbiri keçirilib

160
(Yenilənib 11:54 05.06.2018)
Təşkilatçılar tədbirdən yığılan vəsaitlə bu gün “Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi”nin körpələri üçün geyim əşyaları və digər lazımlı əşyalar alınaraq mərkəzə aparıblar

BAKI, 4 iyun — Sputnik. İyunun 3-də IGEC şirkəti, Zalova S xeyriyyə cəmiyyəti, Danone və Castle şirkətlərinin birlikdə həyata keçirdikləri "Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədilə ilə xeyriyyə tədbiri keçirib.

Sputnik Azərbaycan-ın informasiya dəstəyi olduğu tədbir öncə təşkilatçı Ülviyyə Cəlilzadənin çıxışı ilə başlayıb. O, xeyriyyə tədbirinin iştirakçılarını salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib. Daha sonra tədbirin digər təşkilatçısı Səbinə Zalovaya söz verilib. S. Zalova tədbir iştirakçılarını və onlara dəstək olan hər kəsə təşəkkür edib və bildirib ki, bu tədbirdə gələn gəlir kimsəsiz uşaqlara yardıma xərclənəcək.

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə dəstək məqsədilə ilə xeyriyyə tədbiri
© Foto aksiyanın təşkilatçıları tərəfindən təqdim olunub
"Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədilə ilə xeyriyyə tədbiri

Tədbirdə “Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi”nin direktoru Kəmalə Ağazadə də iştirak edib. O, bu təşəbbüsü yüksək dəyərləndirib və Beynəlxalq Uşaqlar Günü münasibəti ilə ana-ata qayğısından məhrum olan körpələrə göstərilən diqqətə görə təşəkkür edib.

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə dəstək məqsədilə ilə xeyriyyə tədbiri
© Photo : aksiyanın təşkilatçıları tərəfindən təqdim olunub
"Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədilə ilə xeyriyyə tədbiri

Qeyd edək ki, təşkilatçılar tədbirdən yığılan vəsaitlə bu gün “Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi”nin körpələri üçün geyim əşyaları və digər lazımlı əşyalar alınaraq mərkəzə aparıblar. Eyni zamanda, Danone şirkəti də öz məhsulları ilə yardım kompaniyasına dəstək olub.

160
Teqlər:
Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi, xeyriyyə aksiyası, yardım
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

2
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

16
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə