Məhkəmə çəkici

Bunu da etdilər: Qəzada ölən süpürgəçini sonradan işdən çıxarıblar

131
(Yenilənib 17:07 04.06.2018)
Məhkəmədə məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblər

BAKI, 4 iyun — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Cəfərov özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində qeyd edib ki, daha əvvəl fəhlə işləyib, imkansızlıqdan avtobus sürüb: "Amma həmin gün sürücü kimi xəttə çıxmamışdım. Dostum Əmir mənə zəng edib xəstələndiyini, həkimə gedəcəyini və avtobus sürməyimi istədi. Mən də ona kömək üçün getdim. Səhər saat 07:00 radələri olardı. Hava alaqaranlıq idi. Mən də saatda 40 km sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqlarını yandırıb-söndürdü. Sola çəksəm də, gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq".

Daha sonra məhkəmədə mərhum Şıxməmməd Yadigarovun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da dindirilib. O, atasının Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işlədiyini bildirib.

Hakim söyləyib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb.

M.Yadigarov bunun düzgün olmadığını qeyd edib: "Çünki onlar başlarından atmaq istəyirdilər. Mən özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, üç gün keçmişdi, amma xəbərləri yox idi. Əvvəl burada işləmir dedilər. Mən də mühasibatlıqdan soruşdum. Sonra atamın orada işlədiyini söylədilər".

Məhkəmədə məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblər. Halbuki o, iş zamanı düşdüyü avtomobil qəzasında dünyasını dəyişib.

Məhkəmədə o da elan olunub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşrut xəttinə aiddir və bu marşrut xəttinin sahibi isə Zabrat qəsbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir.

Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşrut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib. Növbəti məhkəmə iclasına onlar da şahid kimi dəvət ediləcək.

Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

131
Teqlər:
avtobus, işdən çıxarılma, qəza, süpürgəçi qadın, Bakı Ağır Cinayətlər Məhkəməsi
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

3
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

3
Amerikalı aktyor Tom Kruz, arxiv şəkli

Sənət qurban tələb edir - 111 illik körpünü partladacaqlar

3
"Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

BAKI, 13 avqust — Sputnik. Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

Hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü artıq istismardan çıxıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Xatırladaq ki, "Paramount Pictures" kino şirkəti fevral ayında çəkilişləri dayandırmışdı. Bu addımı Appenin yarımadasında yayılan koronavirus səbəbindən atmışdı. "Çətin Tapşırıq 7" ("Mission Impossible 7") filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rolun ifaçısı ilə yanaşı, digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülmüşdü. Hollivud ulduzu Tom Kruzun baş rolda yer aldığı filmin bəzi səhnələri Venesiyada lentə alınmalı idi. Plana uyğun olaraq çəkiliş qrupu Venesiyada üç həftə keçirməli idi.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

3