Azərbaycandakı kəndlərdən biri

Azərbaycanın 15 rayonunda kəndlərin adları dəyişir - SİYAHI

2351
(Yenilənib 17:00 04.06.2018)
Məsələ Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunacaq

BAKI, 4 iyun — Sputnik. Azərbaycanın Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adları dəyişdirilir.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sabah — iyunun 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi (ərazi vahidi də belə adlanacaq), Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi (ərazi vahidi də belə adlanacaq), Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi (ərazi vahidi də belə adlanacaq), Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zavod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovla kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi (ərazi vahidi də belə adlanacaq), Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq), Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndi Çayqovuşan kəndi, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi (ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksenburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi (ərazi vahidi də belə adlanacaq), Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılacaq.

2351
Teqlər:
ərazi vahidi, dəyişmək, kənd, rayon, Milli Məclis
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

12
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

12

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

51
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

51