CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərliklərdə vəziyyət yaxşı deyil: Təhlükə var

Abunə olmaq
Bildirilib ki, hazırda Xəzər dənizi sahil zolağında və çimərlik ərazilərdə ardıcıl və davamlı işlər davam etdirilir

BAKI, 1 iyun — Sputnik. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qəmbərov deyib.

O bildirib ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır: "Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil" və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil".

Bildirilib ki, hazırda Xəzər dənizi sahil zolağında və çimərlik ərazilərdə ardıcıl və davamlı işlər davam etdirilir.

Xəbər lenti
0