Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub

Hacıqabulda avtobus yük maşını ilə toqquşub, xeyli yaralı var

611
(Yenilənib 13:46 01.06.2018)
Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur

BAKI, 1 iyun — Sputnik. Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu"Kamaz"la toqquşaraq idarəetmədən çıxıb və aşıb. Hadisə nəticəsində 30-dək adam yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
  • Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu Kamazla toqquşub
    Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub
    © Photo : REPORT
1 / 6
© Photo : REPORT
Hacıqabulda Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub

Hacıqabul Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Qəzaya uğrayan nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.

Faktla bağlı araşdırma aparılır.

611
Teqlər:
yaralılar, Hacıqabul rayonu, toqquşma, "KamAZ", avtobus, qəza
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

12
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

12
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

32
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

32

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə