CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai Televiziyaya yeni baş direktor seçildı

© Photo : T. KorakhashviliBalakişi Qasımov
Balakişi Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Baş direktor vəzifəsinə Balakişi Qasımov seçilib

BAKI, 1 iyun — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasında keçirilən seçkidə bu posta Balakişi Qasımov seçilib.

“İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.

İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər.

Qeyd edək ki, Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər namizədliyini irəli sürmüşdü. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.

Xəbər lenti
0