Хьюстон

ABŞ-ın daha bir şəhəri 28 mayı Azərbaycan Günü elan etdi

17
(Yenilənib 11:46 01.06.2018)
Bəyannamə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub

BAKI, 1 iyun — Sputnik. Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşan, çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustonda Azərbaycan Günü elan edilib. Bu, şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə bağlı elan olunub.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, bununla bağlı S.Törner bəyannamə imzalayıb. Bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnun verilməsini təmin edib.

Hyuston şəhərinin meri tərəfindən  Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı  bəyannamə imzalanıb
© Photo : Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təqdim olunub
Hyuston şəhərinin meri tərəfindən Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı bəyannamə imzalanıb

Sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Eyni zamanda Hyuston və Bakı arasında qardaşlıq münasibətinin və vətəndaşlar arasında bir sıra mədəni və təhsil sahələrində mübadilənin mövcüd olduğu qeyd olunur.

Bəyannamədə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd olunduğu bildirilir.

Mer Törner Hyustonda Azərbaycanın Demokratik Respublika Gününü elan edir bu xüsusi bayramın yaddaqalan qeyd olunması üçün ən xoş arzularını çatdırır.

Qeyd edək ki, bəyannamə mayın 31-ində Hyuston şəhərində keçirilən Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub.

17
Teqlər:
Azərbaycan Günü, Hyuston, 28 may, bəyannamə