Zavod

Bakının ən məşhur zavodu bağlanır

1678
“Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu da 40-45 gün ərzində dayandırıla bilər

BAKI, 31 may — Sputnik. Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, illik əsaslı təmir işləri neft emalı zavodu ilə yanaşı, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər: “Vəziyyət işin gedişatından asılı olaraq dəyişə bilər”.

D. Məmmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla  bağlı saziş iyun ayında imzalanacaq.

D. Məmmədov qeyd edib ki, idxal üçün ən əlverişli bazar Rusiyadır. “Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kifayət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək" – deyə D. Məmmədov bildirib.

1678
Teqlər:
bağlanma, Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu, David Məmmədov, SOCAR, Heydər Əliyev adına neft emalı zavodu
Məhkəmə zalı, arxiv şəkli

Karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı - SİYAHI

2
(Yenilənib 19:29 27.11.2020)
"Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın"

BAKI, 27 noyabr — Sputnik. Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarda bildirlir:

"Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə" 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarını nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin:

Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın:

- Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

- Cinayət işləri üzrə - Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

- İnzibati xətalara dair bütün kateqoriya işlərə;

- İnzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri, habelə təqsirləndirilən şəxslərin sayı 2 nəfərdən artıq olmayan digər cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları yuxarıda qeyd edilən müddətdə məhkəmələrin icraatına qəbul edilsin.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.

Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.

Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin".

2
Teqlər:
mülki mübahisə, inzibati xəta, təxirə salınmaq, məhkəmə prosesi, məhkəmə
Семья, фото из архива

Ölkədə Ailə Məsləhət mərkəzləri yaradılacaq

2
(Yenilənib 19:16 27.11.2020)
Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq.

BAKI, 27 noyabr — Sputnik. 2022–2023-cü illərdə ailədaxili sosial və psixoloji işin təşkili üçün Ailə Məsləhət mərkəzlərinin yaradılmasına dair təkliflər hazırlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. 

Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-2022-ci illərdə alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün  normativ hüquqi baza yaradılması ilə bağlı tapşırıq verilib.

2
Teqlər:
sosial, uşaq psixologiyası, psixoloji yardım, psixoloji problem, mərkəz, məsləhət, ailə