CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı millət vəkili 10 ildir seçiciləri ilə görüşmür - SƏBƏB

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm"

BAKI, 31 may — Sputnik. Millət vəkili Fəzail İbrahimli hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili bildirib ki, seçildiyi Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır: "Hökumətin oraya qaz verməyə gücü çatmır? 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. Oranı qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

Xəbər lenti
0