CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdən “ASAN xidmət”lə bağlı gözlənilməz təklif

© Sputnik / Murad OrujovОдин из центров ASAN Xidmət в Баку
Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyafət Əsgərov bildirib ki, illərdir cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir

BAKI, 31 may — Sputnik. Azərbaycanda əlilliyin təyin olunması “ASAN xidmət”ə verilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Ziyafət Əsgərov bildirib ki, illərdir cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir: “Təklif edirəm ki, “ASAN xidmət”in texniki imkanları varsa, əlilliyin təyin edilməsi onlara verilsin. Bununla da bu məsələ ətrafında olan mübahisələr aradan qalxmış olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də canı bu məsələdən qurtarsın. Bu, həm dövlət, həm də vətəndaşlar üçün faydalı olar”.

Xəbər lenti
0