CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük Komitəsi vəzifədən çıxarılan generallarla bağlı açıqlama verdi

© Sputnik / Murad OrujovЗдание Государственного Таможенного Комитета в Баку
Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir"

BAKI, 30 may — Sputnik. Ötən gün Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev təşkilati — ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir.

Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri və media nümayəndələrini əsassız və jurnalist təxəyyülünün məhsulu olan məlumatları yayımlayarkən diqqətli olmağa, rəsmi olaraq təsdiq edilməyən informasiyaları ictimailəşdirərkən və şərh edərkən komitənin mövqeyinin də nəzərə alınmasının düzgün və dolğun xəbər verilməsi baxımından faydalı olacağı qənaətindədir.

Xəbər lenti
0