Heydər Əliyev prospekti

Bu avtobusların hərəkətində dəyişiklik olub

181
(Yenilənib 20:48 29.05.2018)
9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib

BAKI, 29 may — Sputnik. Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:

· 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə;

· 108A nömrəli marşrut xətti avtobuslar "Görədil" və "Fatmayı" bağlarına;

· 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil" çimərliyinə qədər;

· 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze" istirahət mərkəzinə;

· 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına;

· 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə qədər;

· 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum" sanatoriyasına qədər;

· 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına qədər;

· 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan" bağlarına qədər fəaliyyət göstərəcək.

181
Əlaqədar
Bakıda avtobus sürücüsü piyadanı belə vurdu - VİDEO
Xırdalanda avtobusda film kimi olay: Silahı çıxarıb insanlara tuşladı
Gürcüstana gedən avtobus qəzaya uğradı: 4 ölü, 22 yaralı
Sərnişinlərin nəzərinə: Bu avtobuslar bir neçə gün işləməyəcək