Здание Государственного Таможенного Комитета в Баку

Gömrükdə daha iki general vəzifəsi ilə vidalaşdı

788
Dövlət Gömrük Komitəsinin iki Baş İdarə rəisi sərəncama götürülüb

BAKI, 29 may — Sputnik. Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

Məlumata görə, V.Novruzovun  yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat  Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə  gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.

788

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası

2
(Yenilənib 15:45 13.08.2020)
Keramika ustadan zövq, bacarıq, səbr və dəqiqlik tələb edir. Lənkəranda isə bu işi yalnız Tərlan Sadıqov bacarır. Onun buna necə nail olduğunu və ustanın maraqlı işlərini videomuzda izləyin.

Lənkəranlı keramika ustası Tərlan Sadıqovun işləri arasında maraqlı tipajlara rast gəlmək olar. Çox vaxt o, ilhamı elə yaşadığı Lənkəranda rast gəldiyi insanlardan alır. Onun işləri arasında müxtəlif lənkəranlı nənə və ya çayçı personajlarına rast gəlmək adi haldır. Rəssam maraqlı saydığı cizgiləri daha da qabarıq göstərir, beləliklə də onları daha yaddaqalan edir.

Hal-hazırda Tərlan Sadıqov daha çox sifariş əsasında rəsmlər və suvenirlər hazırlayır. Onlar çox vaxt bir nüsxədə olduğu üçün, hazırladığı keramika işlərini müəyyən qəliblə deyil, özü əli ilə işləyir.

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq>>

Onun işlərini daha yaxından videomuzda izləyin.

2
Pandemiya zamanı imtahan, arxiv şəkli

Üç nəfər qəbul imtahanından xaric olundu

13
(Yenilənib 15:44 13.08.2020)
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

BAKI, 13 avqust — Sputnik. Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

13
Rafale qırıcısı, arxiv şəkli

Böyük müharibə reallığa çevrilir - Ankaraya qarşı açıq hədəyə keçdilər

44
Aralıq dənizindəki Türkiyə-Yunanıstan gərginliyinə rəsmi Paris də qarışmaq niyyətindədir. Qeyd edək ki, hər üç ölkə NATO üzvüdür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Fransa Aralıq dənizinin şərq hissəsinə öz hərbçilərini göndərəcək. Ölkə Yunanıstanı Türkiyənin "aqressiv hərəkətlərindən" qorumaq üçün regionda mövcudluğunu gücləndirmək istəyir. Bu barədə Sputnik "Reuters"-ə istinadən xəbər verir.

Məlumata əsasən söhbət iki ədəd "Rafale" qırıcılarından və "Lafayette" freqatından gedir. Rəsmi Parisə yaxın olan mənbənin sözlərinə görə, bu qərarı Fransa Prezidenti Emmanuel Makron verib. Belə ki, Fransa lideri Türkiyənin "birtərəfli qaydada" şelfi qazmaq niyyətindən narahatdır.

Qeyd olunur ki, Fransa "regionda dəniz gəmiçiliyinin təhlükəsizliyi və azad hərəkətinin, habelə beynəlxalq hüquq normalarına hörmətlə yanaşıldığına" əmin olmaq istəyir.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

44