Ov tüfəngi

Ağsuda faciə: 5 yaşlı uşaq anasını güllələyib

258
(Yenilənib 00:25 29.05.2018)
Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib

BAKI, 29 may — Sputnik. Ağsu rayonunda güllələnmə hadisəsi  baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.

Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

258
Teqlər:
tüfəng, güllələmə, Ağsu rayonu, ölüm, ana

Meteohəssasları sevindirəcək proqnoz

3
(Yenilənib 11:47 10.05.2021)
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 10 may - Sputnik. Azərbaycan ərazisində mayın 11-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi  766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55  faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  7-11 dərəcə  isti, gündüz  20-25 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz  7-12 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

* "Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

3
Teqlər:
yağış, külək, hava proqnozu
Goranboyda küləyin fəsadları

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

18
(Yenilənib 11:29 10.05.2021)
Təbiət hadisəsinin Goranboyda yaratdığı fəsad Bəsti Allahverdiyevanın qəzalı evini daha da təhlükəli vəziyyətə salıb. Rayonun 1 qəsəbəsi, 10-a yaxın kəndi isə işıqsız qalıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qeyri-sabit hava şəraiti Goranboyda fəsadlar törədib. Qəfil güclənən külək irigövdəli ağacları aşırıb. Bir neçə kənd elektrik enerjisiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Goranboy şəhərinin Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yaşayan sakinlər heç də xoş olmayan sürprizlə qarşılaşıblar. Həmin ünvanda yerləşən ikimərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağının damını iri gövdəli qovaq ağacı dəlib. Yaşlı qadın Sputnik Azərbaycan-a bildirib ki, yatmaq istəyərkən başına az qala qovaq ağacının iri budağı düşəcəkmiş:

“Külək əsdi, ardından elə bir səs gəldi, elə bildim, evə raket düşdü. Tez oğlumu çağırdım, baxdıq gördük ki, küləyin təsirindən ağacın iri budağı dam örtüyünü dağıdıb, otağıma daxil olub. Azyaşlı nəvələrim var, onlardan lap kiçiyi çox qorxdu, özümün həyəcandan qan təziyiqim qalxdı. Yağış da bərk yağırdı, hamısı evə doldu. Bizim bu yaşadığımız bina 2 il əvvəldən qəzalı vəziyyətdədir. Adiyyatı qurumlar gəlib baxıb, söz verdilər ki, yeni bina tikiləcək. Hələ də gözləyirik. Hər gün burada təhlükə artır”.
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda küləyin fəsadları

Goranboyun Məmməd Məhərrəmov 14 ünvanında yerləşən ikimərtəbəli qəzalı binada 12 ailə yaşayır. Sakinlərin əksəriyyəti kiçik, məktəb yaşlı uşaqlardır. Həmin ünvanda yaşayanlar tezliklə müasir bina tikilməsini vacib sayırlar.

Qeyd edək ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Dayanacağın yaxınlığında baş verən hadisə zamanı, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Həmçinin təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb.

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

18
Teqlər:
qəzalı ev, ağac, fəsad, Goranboy, külək