İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Mədəniyyət xadimlərinə fəxri adlar verilib - SİYAHI

1225
(Yenilənib 13:51 27.05.2018)
Azərbaycan prezidenti mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

BAKI, 27 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti"

Ağalarov Emin Araz oğlu

Allahverdiyeva Naibə Səyavuş qızı

Aslanov Teyyub Şueyyub oğlu

Cəfərov Mircavad Mirqəfər oğlu

Dadaşov Azər İsmayıl oğlu

Dadaşov Murad Əli oğlu

Əliyeva Dinara Fuad qızı

Əmirov Cəmil Fikrət oğlu

Əzizov Elçin Yaşar oğlu

Hacıbəyova Ülviyyə Vaqif qızı

Həmidov Əjdər Qüdrət oğlu

İsmayılova Gülnaz Əmir qızı

Kərimova Elnarə Nadir qızı

Qarayev Fərəc Qara oğlu

Qasımov Məmmədsəfa Məmmədli oğlu

Qəmbərov Salman Hüseyn oğlu

Qurbanbəyov Sərxan Rəşid oğlu

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədəliyev Vamiq Məmmədəli oğlu

Məmmədov Sabir Novruz oğlu

Musayeva Şükufə İmran qızı

Mustafazadə Əzizə Vaqif qızı

Nemətzadə Əflatun Nemət oğlu

Nevmerjitskaya Yevgeniya Stepanovna

Novruzov Cahangir Mütəllib oğlu

Poladov Əkrəm Nicat oğlu

Səmədov Əlixan İmamxan oğlu

Səmədzadə Aygün Ziyad qızı

Şahverdiyev Tofiq Rzaqulu oğlu

Şarovskaya Natalya Yuryevna

Şirinov Natiq Bahadur oğlu

Yaqubov Əyyub Zəkəriyyə oğlu

Yaqubova Ella İsmayıl qızı

"Xalq rəssamı"

Əsgərov Akif İzzətulla oğlu

Əzizov Arif Möhübəli oğlu

Heybətov Əşrəf Nazir oğlu

Qazıyev Arif Şamil oğlu

Məmmədov Sakit Qulam oğlu

Mikayılzadə Eldar Hidayət oğlu

Mirzəzadə Sirus Yədulla oğlu

"Əməkdar artist"

Abas-bəyli Könül Eldar qızı

Abdurrəhmanov Yusif Fikrət oğlu

Ağayeva Yelena Yuryevna

Allahverdiyeva Cəmilə Telman qızı

Allahverdov Elçin Yəhyabala oğlu

Babayev Rüfət Rauf oğlu

Babayeva Səbinə Eldar qızı

Bağırov Həsən Çingiz oğlu

Əliyev İlqar Məmmədəli oğlu

Əliyeva Arzu Qurban qızı

Əliyeva Nərgiz Arzu qızı

Əlizadə Şəhla Seidşah qızı

Əsgərov Niftulla Fətulla oğlu

Əsgərov Timur Vaqifoviç

Əskərov Qoçaq Məhərrəm oğlu

Əzimov Elman Yaşar oğlu

Hacıyev Hacı Şamil oğlu

Hacıyeva Səbinə Sabir qızı

Həsənli İntiqam Soltan oğlu

Hoca Qəniyev Elvin Xeyrəddin oğlu

Hüseynova Aida Baloğlanovna

Hüseynova Fəridə Məlik qızı

İlyasov Rəşad Məmmədəli oğlu

İmanov Şəhriyar Ayaz oğlu

Kəbirlinskaya Elnara Ramiz qızı

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimova Könül Qəmbər qızı

Kərimova Lamiyə Zəbişah qızı

Krasnyanski Sergey Yevgenyeviç

Kuxmazova Yulizana Şəfiyevna

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Azad Həzrətqulu oğlu

Qurbanov Qorxmaz Rafiq oğlu

Məmmədov Maqsud Fazil oğlu

Məmmədov Teymur Bayram oğlu

Məmmədova Rəhilə Zahid qızı

Məmmədova Soltan Cahangir qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Mirzəyev Rafiq Mirismayıl oğlu

Musayeva Lyubov Fyodorovna

Rəhimova Rəna Hacıyevna

Rüstəmova Regina Ayvazovna

Rzayev Elxan Musa oğlu

Səfərəliyeva Şölə Cavanşir qızı

Səlimov Ruslan Xanbala oğlu

Səmədov Sabir Xaspolad oğlu

Səmədova Nabat Məhərrəm qızı

Sultanov Ramin Ələddin oğlu

Şabanova Nigar Şaban qızı

Şahverdiyev Gülməmməd Əliheydər oğlu

Şeyxova Günel Müzəffər qızı

Şirəliyev Elşən Şıxəli oğlu

Şirinov Asif Əhməd oğlu

Şirinov Elçin Elxan oğlu

Yusifov Akif Əli oğlu

Yusifova Fəqumə Ayaz qızı

Zeynalov Elnur Əli oğlu

"Əməkdar rəssam"

Əliyev Azad Mikayıl oğlu

Haqverdiyeva Yelena Rafailovna

Hüseynov Məmmədhüseyn Allahqulu oğlu

Kazımov Akif Davud oğlu

Məmmədov Əsgər İsgəndər oğlu

Məmmədov Namiq Zahid oğlu

Muradov Vüqar Bilal oğlu

Seyidova Tamilla Əbdürrəhman qızı

Zeynalov Azad Sabir oğlu

"Əməkdar incəsənət xadimi"

Mehdiyeva Məhəbbət İsa qızı

"Əməkdar mədəniyyət işçisi"

Ələkbərov Abdulla Abbasqulu oğlu

Haqverdiyev Marat Xanlar oğlu

Xankişiyev Əvəzxan Mərdan oğlu

Xəlilova Zita Seyfəddin qızı

Kərimova Rəna Əlisəttar qızı

Qardaşov Faiq Qardaş oğlu

Quliyeva Lalə Tofiq qızı

Quliyeva Leyla Mütəllim qızı

Məlikova Şirin Yaşar qızı

Məmmədov Mahmud Qasım oğlu

Mustafayev Mustafa Şura oğlu

Nəcəfzadə Qəşəm Mirzə oğlu.

1225
Teqlər:
sərəncam, fəxri ad, Azərbaycan Prezidenti İlham Əliyevə, mədəniyyət xadimləri
Əjdər İbrahimov, arxiv şəkli

Azərbaycanda, eləcə dünyanın bir çox ölkələrində çalışan rejissorun anım günüdür

11
(Yenilənib 12:54 20.09.2021)
Əjdər İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan kinosu tarixinə adını yazdıran, istedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Əjdər İbrahimovun vəfatından 28 il ötür.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib.

1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi.

Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.

Bakıya qayıtdıqdan sonra o, burada "İyirmialtılar" filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.

Rejissor, eyni zamanda, "Vyetnamda gördüklərim", "Günəş ağlayır", "Döyüşən Vyetnamın kino sənəti" və s. kitabların müəllifidir.

Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!

11
 Müğənni Samirə Əfəndi, arxiv şəkli

Samirə Əfəndi ölkəni profilini dəyişir: Türkiyədə parlamaq istəyir

27
"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək.

BAKI, 20 sentyabr — Sputnik. Son dövrlər xarici ölkələrə köçən müğənnilərin sırasına "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi də qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, o, İstanbula köçəcəyini söyləyib: "Mənim ailəmlə birlikdə çoxdan Türkiyəyə köçmək planım var. Bizim orada evimiz, hər bir şəraitimiz var. Ona görə də ailəmiz ora köçür".

"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək: "Orada məni özləri istəyir. Biri var gedib özün harasa müraciət edəsən, biri də var sənə hər şey edirlər. Deyirlər ki, ayağına hər şeyi səririk. Bütün radio proqramlar, kimlə istəsən duet, verilişlər olacaq. Məqsədim isə aktrisa olmaqdır. Orada agentliklərə müraciət edəcəm".

Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib. Sənətçi saçlarını qısa kəsdirib, onları saraldıb. İfaçı depressiyada olduğu üçün belə addım atması xəbərlərinə son qoyub. Samirə "Qadınlar saç kəsəndə sevgilisindən ayrılıb, depressiyaya düşüb deyirlər. Depressiyadasan?" sualına "Onun üçün bu addımı atmağım çox olar. Depressiyada deyiləm, dəyişikliyi sevirəm" cavabını verib.

Əfəndi "Avroviziya" müsabiqəsində ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX"la (Andres Haukeland) olan münasibətlərinə toxunub:

"Ona Azərbaycanla bağlı o qədər danışmışam ki, bura gəlmək istəyir. Amma bilmirəm, o, gələndə mən Bakıda, yoxsa İstanbulda olacağam. Düşünürəm ki, onunla İstanbulda görüşəcəyik".

Müğənni iddialı açıqlama verib. O bildirib ki, toy yiyələri onu yox, o, toy yiyəsini seçir: "Bizdə belə olur ki, toy yiyəsi müğənnini seçir. Məndə isə belə deyil, mən və mənim komandam toyu seçir. Harada ki, mən özümü rahat hiss edəcəm, mənim mahnılarımı anlayacaqlar, o toya gedirəm".

Qeyd edək ki, Samira Əfəndi "Yeni Ulduz", "Böyük Səhnə" və "Səs Azərbaycan" mahnı müsabiqələrində iştirak edib.

2017-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Silk Way Star" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və üçüncü yerə layiq görülüb. Samirə Əfəndi 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Nur-Sultanın səsi" festivalının da iştirakçısı olub.

Azərbaycanı "Eurovision 2021"-in finalında "Mata Hari" mahnısı ilə təmsil edən Samira Əfəndi 65 xal toplayıb və 20-ci yerdə qərarlaşıb.

27

Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sahəsinə 5 mlrd. dollaradək pul yatırıb"

12
Energetika nazirinin fikrincə, Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən amildir.

BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

Report-un xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.

Həmçinin oxuyun:

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb

12