CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda 17 yaşlı gənc traktorla birgə kanala düşüb, hələ də tapılmayıb

© Photo : Rajab JafarQusar rayonu
Qusar rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd camaatının verdiyi məlumata görə, Nəbiyev anası və özündən balaca qardaşı ilə yaşayırmış və ailənin dolandırılması onun üzərinə düşüb

Leyla Abdullayeva- Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Qusar rayonunun Urvaoba kəndində 17 yaşlı traktorçu kanala düşüb, cəsədi hələ də tapılmayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, 17 yaşlı Dəyanət Didar oğlu Nəbiyev idarə etdiyi "T-25"markalı traktorla hərəkətdə olarkən Samur-Abşeron kanalının rayonun Urvaoba kəndi ərazisindən keçən hissəsinə düşüb. Sürətlə axan su sürücünü traktorla bir yerdə aparıb.

D.Nəbiyev əslən Qusarın Əvəcuq kəndindəndir. Kənd camaatının verdiyi məlumata görə, Nəbiyev anası və özündən balaca qardaşı ilə yaşayırmış və ailənin dolandırılması onun üzərinə düşüb. Bu səbəbdən də, yaşının az olmasına baxmayaraq işləməyə başlayıb.

Qusar rayon prokurorluğunda araşdırmaya başlanılıb. 17 yaşlı  Dəyanət Nəbiyevin meyiti və traktor isə Samur-Abşeron kanalında hələ tapılmayıb.

Xəbər lenti
0