Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 26 may — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Ərçivan kənd sakini Dəyanət Əliyevi saxlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, D.Əliyev saxlanılarkən üzərində olan lüləsi və qundağı kəsilmiş ov tüfəngi ilə polisə müqavimət göstərmək istəyib. O, polis əməkdaşlarının peşəkarlığı nəticəsində saxlanılaraq şöbəyə gətirilib.
D.Əliyevin üzərinə baxış keçirilən zaman 3 ədəd patron, qundağı və lüləsi kəsilmiş ov tüfəngi, eləcə də satış məqsədilə üzərində gəzdirdiyi külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb. Aparılan araşdırmalardan sonra məlum olub ki, Dəyanət Əliyev həmin narkotik vasitəni Astara şəhər sakini Ramin Məmmədovdan əldə edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan R.Məmmədovun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı o da məlum olub ki, D.Əliyev əldə etdiyi narkotik vasitənin satışını həmkəndlisi, Ərçivan kənd sakini Erik Rubçov vasitəsilə həyata keçirirmiş. Polis əməkdaşları tərəfindən saxlanılan E.Rubçov saxlanılarkən üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, hər üç şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.