CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan bayramında havaya qalxanlara 23 kq hədiyyə

Abunə olmaq
Bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq

BAKI, 26 may — Sputnik. AZAL və "Buta Airways"in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmnski məlumat verib.

Самолет AZAL - Sputnik Azərbaycan
HADİSƏ
AZAL gecikməyə aydınlıq gətirdi

O, qeyd edib ki, Ramazan bayramında AZAL və "Buta Airways" aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, "Azərbaycan Hava Yolları"nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;

Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster "Buta Airways"in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

"Büdcə" tarifi — 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;

"Standart" tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus

"Super" tarifi — tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

"Buta Airways" aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Xəbər lenti
0