CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni medal təsis olunur

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilir

BAKI, 25 may — Sputnik. Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitəsinin birgə iclasında "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilir.

"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Dəyişiklik plenar iclasa tövsiyə edilib.

Xəbər lenti
0