Sürücülük vəsiqəsi

Sürücülük hüquqları dəyişdirilir: Prezidentin təklifi müzakirəyə çıxarıldı

12404
(Yenilənib 13:33 25.05.2018)
Sürücülük hüququ ilə bağlı yeni altkateqoriyaların müəyyənləşdirilməsi parlamentin iclasına tövsiyə edilib

BAKI, 25 may — Sputnik. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin bu gün keçirilən birgə iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, layihə Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.

Qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. Velosipedi və arabanı idarəetmə hüququ-14 yaşdan,

2. Asma mühərrikli velosipedi, mopedi və "A1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-16 yaşdan,

3. "A", "B", "C" kateqoriyasına, "B1" və "C1", altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-18 yaşdan,

4. "BE" kateqoriyasına və "C1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq "B" və ya "C" kateqoriyasına (o cümlədən "C1" altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),

5. "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə),

6. "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə "B", "C" və ya "C1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),

7. "D1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına və ya "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),

8. "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə).

Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik təklif edilir. Əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

"B1"- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir, "C1"-"D" kateqoriyasına və "D1" altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "D1"- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "C1E"- Qoşqusunun icazə verilən məksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

"D1E"- Sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Təklif olunan dəyişikliklərə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A", "B" və "C" kateqoriyaları ilə yanaşı, "B1" və "C1" altkateqoriyaları müəyyənləşir. Həmçinin, bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.

Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

12404
Teqlər:
nəqliyyat vasitələrini idarəetmə hüququ, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, "Yol hərəkəti haqqında" qanun, Gənclər və idman komitəsi, kateqoriya, yaş, sürücülük vəsiqəsi, dəyişiklik
Əlaqədar
Bizim sürücülük vəsiqələri niyə digər ölkələrdə tanınmır?
Sürücülük vəsiqəsini necə almaq olar
Cocuq Mərcanlının 150-yə sakininin sürücülük vəsiqəsi dəyişdirilib
Bu gündən sürücülük vəsiqəsi almağın şərtləri ağırlaşdırılıb
Sürücülük imtahanı: Harda daha asandır
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar