CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə səfiri: “Azərbaycan kimi qardaşımız olduğundan qürur duyuruq”

© Sputnik / Eldar TanriverdiyevSərgi
Sərgi - Sputnik Azərbaycan
Abunə olmaq
“Osmanlı ordusu son qələbəsini Azərbaycanda qazanıb”

BAKI, 24 may — Sputnik. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə foto sərginin açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, sərgi Türkiyənin Azərbaycandakı Səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunub və 24 may – 6 iyun 2018-ci il tarixləri arasında Azərbaycan İstiqlaliyyət Muzeyində keçiriləcək.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, ölkə ictimaiyyəti, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş nümayəndəliklərinin rəsmiləri iştirak edib.

Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə çıxdı

Açılış mərasimində çıxış edən Türkiyə səfiri qeyd edib ki, 100 il əvvəl həm Azərbaycan, həm də Osmanlı İmperiyasında vəziyyət gərgin idi: "Osmanlı İmperiyasında ölüm-dirim savaşı yaşanırdı. Lakin buna baxmayaraq Osmanlı imperiyası Azərbaycanın kömək barədə çağırışını cavabsız qoymadı və qısa müddət ərzində Qafqaz İslam Ordusu topladı. Bu ordunun may ayının sonları başlayan yürüşü sentyabrın 15-də Bakının azad olması ilə başa çatdı. Bəzi tarixçilər qeyd edir ki, bu səfər təşkil olunmasa idi, bəlkə bugünkü Azərbaycan olmazdı. Osmanlı ordusunun son qələbəsi də məhz 1918-ci ildə Azərbaycanda olub".

Türkiyə səfiri vurğulayıb ki, bu gün Türkiyə xaricində ən çox şəhidlərinin, şəhid məzarlıqlarının olduğu ölkə Azərbaycandır: "Bu gün Azərbaycanın demək olar ki, hər yerində türk şəhidi və şəhidliyi var. Bunun bir səbəbi var, o da Azərbaycanın bizim də vətənimiz olmasıdır. Bu gün biz dünyada Azərbaycan kimi güclü qardaşımızın olduğuna görə qürur duyuruq. Çünki biz birlikdə çox güclüyük çox irəliləyə gedirik".

© Sputnik / Eldar TanriverdiyevAzərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə foto sərgi
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə foto sərgi - Sputnik Azərbaycan
1/6
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə foto sərgi

2/6

3/6

4/6

5/6

6/6

Daha sonra çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb ki, bu sərgi Azərbaycan və türk xalqının birgə tarixinin nümunəsidir: "Qafqaz İslam Ordusu Azərbaycan xalqını bir çox fəlakətlərdən qurtardı. Biz fəxr edirik ki, ölkə və xalqlarımız hər zaman birdirlər".

Qeyd edək ki, sərginin məqsədi Ulu Öndər Heydər Əliyevin "İki dövlət, bir millət" ifadəsinə əsaslanaraq, iki ölkə arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır. Sərgidə təxminən 40- yaxın foto nümayiş olunacaq.

Xəbər lenti
0