CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb - Böyük söküntü olacaq

© Sputnik / Fuad HasanovSökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək
Sökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri söküləcək

BAKI, 24 may — Sputnik. Yasamal Rayon İcra Hakimiyyəti (RİH) sakinlərə müraciət edib. Bu barədə yazılı xəbərdarlıqlar müəyyən binalara yapışdırılıb.

BabəkBabək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında söküntü işləri prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında söküntü işləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yeni söküntü başlayır, 11 mindən çox sakin köçürüləcək

RİH-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə söküləcək. Həmin tikililəri dövlət ehtiyacları üçün alan orqan kimi Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

İcra hakimiyyətindən verilən məlumata görə, torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas keçiriləcək. Bu iclasda qiymətləndirmə məsələləri və s. digər məsələlər müzakirə ediləcək.

Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər.

Xəbər lenti
0