CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM-dən tələbələrə ingilis dilində təhsillə bağlı vacib xəbər

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar

BAKI, 23 may — Sputnik. Dövlət İmtahan Mərkəzi Beynəlxalq təhsil proqramları (International Baccalaurate®,  A-level,  SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları üçün tədrisi ingilis dilində olan müvafiq ixtisaslara qəbulla bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd olunduğu kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®,  A-level,  SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müvafiq nəticələr əldə etmiş abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM son imtahanların gözlənilməz nəticələrini açıqladı

— SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;

— SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

— SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən "Mühasibat uçotu və audit", "Maliyyə" və "Biznesin idarə edilməsi" ixtisasları üzrə plan yerləri ayrılıb.

Həmin ixtisaslara qəbul olmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.

1."Abituriyentin elektron ərizəsi"nin surəti;

2.Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları — ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının 20-dək – təhsil sənədinin əsli və surəti)

3. Müvafiq imtahan nəticələri.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM qəbul imtahanlarının nəticəsini açıqladı

Bundan əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.

Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (22 aprel tarixində keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan "məqbul" qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak edərək "məqbul" qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

Xəbər lenti
0