Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı

Aqiyə Naxçıvanlı: "Ailələrin dağılmasında artım müşahidə olunur"

63
(Yenilənib 11:52 23.05.2018)
Deputat: "Bu sahədə araşdırmalar aparılmalı, kütləvi şəkildə maarifləndirmə işləri həyata keçirilməlidir"

BAKI, 23 may — Sputnik. Hazırda Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda tədbir keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı hələ də erkən nikahların ciddi problem olduğunu deyib.

"Təhsildən yayınma halları baş verir. Dini kəbin daha ciddi problemlərə gətirib çıxarır. Qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Uşaqların şəxsiyyət kimi yetişməsi üçün möhkəm ailələrdə yaşaması mütləqdir" — deputat bildirib.

"Ailələrin dağılmasında müəyyən artım müşahidə olunur. Bu sahədə araşdırmalar aparılmalı, kütləvi şəkildə maarifləndirmə işləri həyata keçirilməlidir" — deyən A.Naxçıvanlının sözlərinə görə, sözügedən tədbir ailə məsələlərində olan boşluqlara, boşanmalara və onların həlli yollarının müəyyən edilməsinə yönəlib.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılır.

63
Teqlər:
Aqiyə Naxçıvanlı, Ailə, qadın və uşaq məsələləri komitəsi, boşanma, ailə, Milli Məclis, nikah
Əlaqədar
Alpinistlərin cəsədləri ailələrinə təhvil verilib
Qorxu filmi reallıq oldu: Ailə evdə ruh ilə birlikdə yaşayır
Aztəminatlı ailələrə şad xəbər
Onların hər birinin ailəsinə 20 min dollar veriləcək
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

2
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

16
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə