CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqların məktəbə qəbulunda mühüm dəyişiklik edilir

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Digər dəyişikliklə isə 19.12-ci maddə ləğv edilir

BAKI, 22 may – Sputnik. Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

FHN Yanğınsındürmə xidmətinin avtomobilləri hadisə yerində - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda məktəb binası yandı, 560 nəfər təxliyə olundu

Dəyişikliyə görə, həmin qanunun 19-cu maddəsinə (Ümumi təhsil) əlavə təklif edilir. 19.11-ci maddəyə aşağıdakı məzmunda 2-ci cümlə əlavə edilir: “Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər”.

Qeyd edək ki, 19.11-ci maddənin birinci cümləsində deyilir ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.

Digər dəyişikliklə isə 19.12-ci maddə ləğv edilir. Həmin maddəyə görə, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

Xəbər lenti
0