Əhməd Rəcəbli 304 ünvanında yerləşən avtomobil servisinin çayxanasında partlayış

Bakıda partlayış zamanı ölən yaralananların adları bilindi

133
(Yenilənib 01:05 22.05.2018)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

BAKI, 22 may — Sputnik. Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Bundan başqa, daha 2 nəfər yaralanıb. 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı xəstəxanadadırlar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

133
Teqlər:
adlar, ölən, partlayış, kafe, Binəqədi rayonu