UNEC tələbələri, arxiv şəkli

Tələbələr üçün yeni imkan

33
(Yenilənib 00:30 22.05.2018)
Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir

BAKI, 21 may — Sputnik. Mayın 25-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UNEC və Startap Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə Startap Günlərinə start veriləcək.

“UNEC”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Startap Günləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşacaq.

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
© Photo : UNEC-in mətbuat xidməti

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodiki dəstək göstərmək də layihənin prioritetləri sırasındadır.

İki gün davam edəcək Startap Günləri UNEC-in tələbələrinə yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu İT şirkətlərinin rəhbərləri ilə görüşmək imkanı yaradacaq. Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.

Startap Günlərində tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.

Qalibləri qiymətli hədiyyələr, diplom və sertifikatlar gözləyir.

Startap Günlərində iştirak etmək istəyən tələbələr UNEC Karyera Mərkəzinə müraciət edə bilər.

33
Teqlər:
layihə, tələbə, UNEC, Startap Günləri
Test imtahanı, arxiv şəkli

DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı

1
(Yenilənib 13:21 04.06.2020)
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM" proqramını yükləyib kompüterinə quraşdırmalıdır

BAKI, 4 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına görə, iştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə bacarıqlarını yoxlaya bilərlər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

Proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet" açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM" proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

1
Əlaqədar
Tələbə olmaq istəyənlər üçün mühüm xəbər gəldi - RƏSMİ
Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF
Abituriyentlər üçün dərs vaxtı davam edəcək
Azərbaycanda beş yeni lisey yaradıldı: pulsuz, gündə 3 dəfə yemək və yataqxana
Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama verildi
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov Qazax əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

DSX Hərbi Prokurorluq birgə məlumat yayıb

1
(Yenilənib 13:10 04.06.2020)
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib.

BAKI, 4 iyun — Sputnik. Dövlət Sərhəd Xidmə­ti və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb.

Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

© State Border Service of Azerbaijan Republic.
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.

© State Border Service of Azerbaijan Republic.
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

1
Əlaqədar
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir
Cəbhədə son durum: müxtəlif istiqamətlərdən atırlar
Rusiyada təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Rusiyada dəhşətli mərəzə yoluxanların tən yarısı sağaldı

1
(Yenilənib 13:27 04.06.2020)
Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb

BAKI, 4 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8831 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 169 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 441108-ə çatıb. Rusiyada pandemiya yayılandan 5384 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,5 milyonu keçib, 386 mindən çox adam isə virus səbəbilə ölüb.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Rusiya ilə Türkiyə yenə bir mübarizədə: ancaq bu dəfə qan tökməyəcəklər
“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır
Bu sayğac öz-özünə "qırılan" deyil: artıq 6,5 milyona "dözüb"