İsmayıl bəy Qutqaşınlının portreti

Ermənilərin zəhərləyib öldürdüyü generalımıza soyuq münasibət: Evi xarabaya çevrilir

2862
(Yenilənib 11:06 25.05.2018)
"Qutqaşınlının ev muzeyinə gələn ərəblər belə bir görkəmli insanın ev muzeyinin bu halda olmasından şok keçirirlər"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında müasir nəsr, hekayə janrının banilərindən biridir. Qutqaşınlı ədəbiyyatımıza ilk realist nəsr əsəri olan "Rəşid bəy və Səadət xanım" hekayəsini, böyük coğrafi əhəmiyyətə malik olan səyahət oçerki — "Səfərnamə" toplusunu gətirib. Bundan başqa, Qutqaşınlının "Tutu" adlı əsəri də olub. Ancaq təəssüf ki, bu əsər itib, günümüzə gəlib çatmayıb.

İsmayıl bəy Qutqaşınlının xatirə muzeyindəki iş masası və portreti
© Sputnik / Ilham Ahmadov
İsmayıl bəy Qutqaşınlının xatirə muzeyindəki iş masası və portreti

İsmayıl Bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də, Qurban bayramı günündə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) zadəgan Nəsrullahın ailəsində doğulub. İsmayıl adının da Qurban bayramına görə qoyulduğu ehtimal olunur. İsmayıl Qutqaşınlı uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib.

Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsa da, gələcəkdə hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Bu öhdəliklərdən biri də o idi ki, bəylər bir övladını Rusiyaya təhsil almaq üçün göndərməliydilər.

İsmayıl bəy Qutqaşınlının ev muzeyi
© Sputnik / Ilham Ahmadov
İsmayıl bəy Qutqaşınlının ev muzeyi

Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı Nəsrullah da ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsilini uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan Qrenadyor alayında hərbi xidmətə başlayır, "praporşik" (gizir) rütbəsi qazanır. 1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır.

1852-ci ildə İ.Qutqaşınlı istefaya çıxaraq vətəninə qayıdır. O, Dağıstan valisi Tarku Şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla ailə həyatı qurur. İ.Qutqaşınlı 1852-ci və 1854-cü illərdə Məkkəyə Həcc ziyarətinə gedir, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşayır.

İsmayıl bəy Qutqaşınlının ev muzeyi
© Sputnik / Ilham Ahmadov
İsmayıl bəyin məzarüstü abidəsi

İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən xanımı Bikə xanım Usmiyev ilə birlikdə zəhərlənərək vəfat edir. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur. Ağdaşdan Qutqaşına (Qəbələyə) gətirilərək Sultanbaba qəbiristanında dəfn olunur.

1985-1986-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və ictimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılır və yazıçının məzarüstü abidəsi yenidən işlənir. Ev muzeyi yaradıldıqdan sonra İ.Qutqaşınlı haqqında maraqlananlar çox olur və mütəmadi olaraq muzeyə ziyarətçilər gəlir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, o dövr üçün olduqca əlverişli olan ev muzeyi artıq öz görkəmini və gözəlliyini itirərək baxımsız vəziyyətə düşüb. Bina hazırda tam dağılmaq ərəfəsindədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü yararsız haldadır. Yağışlar zamanı içəriyə su keçir və əşyalar yararsız vəziyyətə düşür.

Muzeyin müdiri Çimnaz Mürzəfərova bildirir ki, 1997-ci ildən muzeydə işləyir və bu müddət ərzində indiyə kimi cəmi bircə dəfə təmir-bərpa işləri aparılıb: "Təmir işləri 2001-ci ildə olub. Çox baxımsız və yararsız bir hal alan ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, baxan yoxdur".

İsmayıl bəy Qutqaşınlının ev muzeyi
© Sputnik / Ilham Ahmadov
Uzun müddətdir təmir olunmadığından, muzey baxımsız hala düşüb

"Hazırkı dövrdə Qəbələnin turizm potensiyalı yüksək olduğuna görə ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, eləcə də digər ölkələrdən rayona qonaq gələnlər çox olur. Bu vəziyyət bura gələn qonaqları da olduqca məyus edir. Ziyarətçilər sual verirlər ki, "belə bir görkəmli şəxsin ev muzeyi nə üçün baxımsız və viran haldadır?" Təəssüf ki, onlara verəcək cavabımız yoxdur", — deyir muzey müdiri.

İsmayıl bəyin və həyat yoldaşı Bikə xanımın məzarları
© Sputnik / Ilham Ahmadov
İsmayıl bəyin və həyat yoldaşı Bikə xanımın məzarları

Çimnaz xanım qeyd edir ki, muzeyə gələn ərəb turistlər mövcud vəziyyətə heyrət edirlər: "Hazırda ən çox qonaqlar ərəb ölkələrindən gəlir. İsmayıl Qutqaşınlının o dövrdə 2 dəfə Həcc ziyarətinə getməsi və ərəb ölkəsinin insanları haqqında "Səfərnamə" əsərində yazması ərəblərin də marağına səbəb olub. Ancaq Qutqaşınlının ev muzeyinə gələn ərəblər belə bir görkəmli insanın ev muzeyinin bu halda olmasından şok keçirirlər".

İsmayıl bəy Qutqaşınlının ev muzeyi
© Sputnik / Ilham Ahmadov
Çar ordusu general-mayorunun mundiri

"İsmayıl bəy düz 25 il Rusiyada xidmət edib, rusiyalı qonaqlar üçün də onun həyatı çox maraqlıdır. Bura gələn ruslar da Qutqaşınlının ev muzeyini bu halda gördükdə ərəblər kimi heyrətə gəlirlər. Belə bir şəxsiyyətin ev muzeyinin bu halda qorunmasını fəlakət adlandırırlar", — muzey müdiri bildirir.

Qeyd edək ki, hazırda ev muzeyi kimi, general-mayorun məzarı da bərbad vəziyyətdədir, dağılmaq üzrədir. Yaxın zamanlarda bu problem aradan qaldırılmasa, buraya gələn qonaqların və turistlərin qınaq obyektinə çevriləcəyik.

İsmayıl bəy Qutqaşınlının ev muzeyi
© Sputnik / Ilham Ahmadov
İsmayıl bəyin şəxsi əşyaları

Qeyd edək ki, İsmayıl bəy Qutqaşınlı, həmçinin xeyriyyəçi kimi tanınıb. İnsanların maariflənməsi ilə yanaşı, iqtisadi vəziyyətlərinin yüksəlməsi üçün də işlər görüb. Dövrünün ziyalıları İsmayıl bəy haqqında olduqca müsbət fikirlər söyləyiblər. Qutqaşın və Şamaxı camaatı da İsmayıl bəyə böyük sevgi və hörmətlə yanaşıblar.

İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri indi də maraqlı xatirələr danışırlar. Qohumlarından birinin dediyinə görə, İsmayıl Qutqaşınlı Həcc ziyarətindən qayıdarkən özü ilə bir qız və bir oğlan qul alıb. Onları Qutqaşında azad edərək yeni həyat qurmalarına şərait yaradıb. Belə bir şəxsin xatirəsinin yaşadılması və abidəsinə hörmətlə ehtiram etmək hər bir vətəndaşın borcudur.

2862
Teqlər:
dağılmaq, ev-muzey, İsmayıl bəy Qutqaşınlı, xarabalıq, məzar, general, turist
Kənddə gün batımı, arxiv şəkli

Hava koronavirus arasında əlaqə varmı? Akademik izah edir

38
(Yenilənib 22:54 04.06.2020)
Koronavirusun yayılması havadan yox, insanların havaya reaksiyasından asılıdır. Bu barədə rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosuna müsahibəsində deyib.

BAKI, 4 iyun — Sputnik. Yayda istilərin düşməsinin koronavirusun yayılmasına necə təsir edəcəyi məsələsi fəal şəkildə müzakirə olunur. Tez-tez fikir söyləyirlər ki, isti və günəşli havada infeksiya daha zəif yayılır.

Havanın koronavirus infeksiyasının yayılmasına necə təsir göstərə biləcəyi barədə fikirlərini rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosu ilə müsahibəsində bölüşüb.

"Burada hava ilə birbaşa əlaqə yoxdur, amma yağışlı və soyuq havalarda insanlar sıx otaqlarda toplanırlar, yayda isə məsafə saxlayırlar, otaqlarda pəncərələr açıq olur və havalandırma yaxşı olur", - Pokrovski qeyd edib.

"Temperatur yox, insanlar arasında daha az ünsiyyətin olması virusu öldürür. Gözləmək olar ki, damcı hava yolu ilə ötürülən koronavirusun yayılması üçün ən yaxşı şərait payız və qış dövründə yaranacaq",- Pokrovski qeyd edib.

 

38
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Rusiyada koronavirusa yoluxanların sayı 430 mini keçdi
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyevdən məmurlara sərt mesaj: "Hər bir siqnal araşdırılacaq"

8
(Yenilənib 00:25 05.06.2020)
"Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik"

BAKI, 4 iyun — Sputnik. "Əlbəttə, “ASAN xidmət”in timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik".

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında, ASAN könüllüləri ilə görüşündə deyib.

"Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənirlər və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır.

Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb", - Prezident bildirib.

Dövlət başçısı həmçinin ölkə əhalisinin sağlamlığının ən ümdə məsələ olduğuna da diqqət çəkib: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir".

8
Anna Popova, arxiv şəkli

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

4
(Yenilənib 23:49 04.06.2020)
Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

4
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir