Türk müğənnisi Aydilge

Türkiyəli müğənnidən Azərbaycana qarşı inanılmaz təxribat - VİDEO

912
(Yenilənib 23:47 21.05.2018)
Aydilge Azərbaycanın "Sarı gəlin" mahnısını erməni mahnısı kimi təqdim edib

BAKI, 21 may — Sputnik. Türkiyəli müğənni Aydilge "Kral TV"də yayımlanan "Rota" adlı verilişdə Azərbaycanın "Sarı gəlin" mahnısını erməni mahnısı kimi təqdim edərək musiqini həmin dildə ifa edib.

Sputnik Azərbaycan xəbər verir ki, verilişin aparıcıları Əhməd Koç və Sərkan Çağrı isə Aydilgenin Azərbaycana qarşı olan hörmətsizliyinə göz yumublar.

Kanalın müxtəlif sosial şəbəkələrdəki hesabından paylaşılan ifaya isə istifadəçilər tərəfindən sərt reaksiya bildirilib. Onlar kanalın və Aydilgenin bu addımını "ermənipərəstlik" adlandırıblar.

912
Teqlər:
Aygilde, "Sarı gəlin", müğənni, təxribat, mahnı, erməni
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

1
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

1
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1