Суицид, постановочное фото

Azərbaycanlı Türkiyədə intihar etdi, kimsəsiz kimi basdırıldı

185
(Yenilənib 18:21 21.05.2018)
Hadisə mart ayında baş verib, ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb

BAKI, 21 may — Sputnik. Azərbaycan vətəndaşı Türkiyədə intihar edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, İstanbulda tikintidə işləyən Zaqatala rayon sakini Əlizadə Rüstəm Əfrasiyab oğlunun meyiti iş yerində asılmış vəziyyətdə aşkar edilib.

Yaxınlarının dediyinə görə, intihar hadisəsi bu ilin mart ayında baş verib, lakin onun ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb.

Həbsxana kamerası, arxiv şəkli
© Sputnik / Aleksey Filippov

Yaxınları bildirir ki, R. Əlizadə ötən ilin dekabrında ailəsinə bildirmədən rayonu tərk edib. Yaxınları onun Rusiyaya işləməyə getdiyini düşünüblər. Lakin R. Əlizadənin ailəsi mayın 17-də Azərbaycanın Türkiyədəki səfirliyindən onun intihar etməsi barədə məktub alıb. Mərhumun atası hadisə ilə bağlı məlumat alan kimi dərhal Türkiyəyə gedib.

Araşdırmalar zamanı məlum olub ki, R. Əlizadə martın 7-də intihar edib. Onun asılmış meyiti işlədiyi tikintidə aşkar edilib. 14 gün müddətində R. Əlizadə ilə maraqlanan olmadığı üçün o, kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Artıq bir neçə gündür ki, mərhumun atası onun nəşinin Azərbaycana gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Lakin hələlik nəticə əldə olunmayıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan hadisə barədə məlumatlarının olduğunu bildiriblər. Qeyd olunub ki, konsulluğun əməkdaşları mərhumun atası ilə görüşərək, ona meyitin Azərbaycana aparılması üçün hansı addımların atılması barədə istiqamət veriblər: “Konsulluq da öz növbəsində bu məsələdə üzərinə düşən bütün vəzifələri yerinə yetirib, bundan sonra da yetirəcək”.

185
Teqlər:
kimsəsiz, basdırılma, intihar, Türkiyə, Azərbaycan vətəndaşı
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

2
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

2
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

16
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

16