Adamlar

Ölkədə 3 milyondan çox insanın aqibəti necə olacaq - Qanun dəyişdi

988
(Yenilənib 15:44 21.05.2018)
"Sığortaedən öz işçilərinin əməyini leqallaşdırmalı və əmək müqaviləsi şərtləri daxilində çalışan işçiləri üçün də sığortaçı ilə əməkdaşlığı təmin etməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə "İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması" adlı yeni 477-1-ci maddə əlavə edilib. Əlavə parlamentin aprelin 24-də keçirilən iclasında qəbul edilib.

Эксперт-экономист Рашад Гасанов
© Photo : SİA IA
Эксперт-экономист Рашад Гасанов

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyin texniki xarakter daşıdığını deyib: "Bu, "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş məqamların qanunvericilikdə öz əksini tapması istiqamətində atılan addımdır. "İşsizlikdən sığorta haqqında" qanunda da nəzərdə tutulub ki, işsizlik sığortası öhdəliyindən yayınma cəhdləri istənilən halda qanunvericiliyin pozulmasıdır və bu zaman sanksiyalar tətbiq olunur".

Ekspert əlavə edib ki, burada yük daha çox sığortaedənin üzərinə düşür: "Sığortaedən öz işçilərinin əməyini leqallaşdırmalı və əmək müqaviləsi şərtləri daxilində çalışan işçiləri üçün də sığortaçı ilə əməkdaşlığı təmin etməlidir. Hesabatlar, eyni zamanda ödənişlər Dövlət Sosial Müdafiə Fonduna ötürülməlidir".

İqtisadçı bu tətbiqin nə dərəcədə effektiv olacağından da danışıb: "Əvvəlki qanunlar hansı şəkildə əmək bazarında öz təsirini göstəribsə, bu da həmin səviyyədə olacaq. Əmək bazarının leqallaşmış hissəsi üzrə işsizliyə görə sığorta ödənişlərinin təhrif olunmasında ciddi problemlər olmayacaq".

"Burada, təxminən 800 mindən çox insan dövlət təşkilatlarında çalışanlardır. Və 800 min insanın işsizliyə görə sığortası üçün vəsait də ayrılıb və bunlar avtomatik olaraq yerinə yetiriləcək. Yerdə qalır, təxminən, 650 min özəl sektorda çalışan insan. Bunlar da nisbətən şəffaf fəaliyyət göstərməyə çalışan müəssisələrin işçiləridir və işsizliyə görə sığorta öhdəliyini yerinə yetirəcəklər", — müsahibimiz vurğulayıb.

R.Həsənovun fikrincə, bu prosesdə əsas problemlərdən biri odur ki, 5 milyon məşğul əhalinin 1 milyon 500 mini sığorta olunub, yəni muzdla, müqavilə ilə, hüquqi əsaslarla çalışırlar: "Digər əhəmiyyətli bir hissəsi, yəni 3,5 milyona yaxın insanın isə işsizliyə görə sığorta təminatı yox dərəcəsindədir. Düşünürəm ki, əmək bazarının leqallaşması istiqamətindəki tədbirlər sərtləşdirilməlidir. Amma sərt tədbirlər də heç də hər zaman nəticə vermir".

"Əmək bazarı nə üçün leqallaşmır?" sualına isə ekspert belə aydınlıq gətirib: "Çünki fiskal, vergi yükü həddindən artıq çoxdur. Məsələn, Azərbaycanda bir işçiyə görə sahibkar 14 faiz vergi, 22 faiz də icbari sosial sığorta ödənişi etməlidir. Üstəgəl, yeni qanunvericiliyə uyğun olaraq 0,5 faiz də işsizlikdən sığorta haqqı ödəməlidir. Yəni bir işçinin əmək haqqına görə sahibkarın xərci 36,5 faizdir. Bu isə faktiki olaraq ölkəmizdə qeyri-qanuni fəaliyyətləri stimullaşdıran əsas mexanizmdir".

Qeyd edək ki, dəyişikliklə sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni sığortaedən kimi sığortaçı da qeydiyyata durmamasına, işçiləri işsizlikdən sığorta etdirməməsinə, "İşsizlikdən sığorta haqqında" qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə və s. görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Dəyişikliyin əsas məqsədi "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.

988
Teqlər:
qanunvericiliyin pozulması, sığortaedən, işsizlikdən sığorta, əlavə, fiziki şəxs, qanunvericilik, məbləğ, hüquqi şəxs, Rəşad Həsənov, tələb, dəyişiklik, İqtisadçı-ekspert, maddə, İnzibati Xətalar Məcəlləsi, qanun, cərimə, vəzifəli şəxs, manat
Əlaqədar
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni xəbər
Müəllimlərin nəzərinə: Nazirlik işə qəbul qaydalarını dəyişdi
İşsizlər bu xəbəri mütləq oxusunlar
Ekspert: "Robotlara görə insanların işsiz qalma problemi yoxdur"
İşsizlərə şad xəbər
Artıq işsizliyə görə müavinət ala bilməyəcəksiniz...
Təhsil Nazirliyi

Karantin dövründə məktəbdaxili qiymətləndirmənin aparılma qaydaları təsdiq olunub

5
(Yenilənib 10:00 20.01.2021)
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi qiymətləndirmə vasitələrindən istifadə olunur.

BAKI, 20 yanvar - Sputnik. Təhsil Nazirliyi "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nı təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qaydalara əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi qiymətləndirmə vasitələrindən istifadə olunur. Qiymətləndirmə  45-60 dəqiqə müddətində təşkil olunur. Bu summativ qiymətləndirmə yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür. Bu barədə  jurnalda müvafiq qeydiyyat aparılır.

Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak edə bilməyən təhsilalanın həmin qiymətləndirmə üzrə balı "0" qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilmədikdə onun üçün müvafiq qiymətləndirmə günündən 1 ay sonra summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şəraitin yaradılması təmin olunur. Təkrar qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti "0" olaraq götürüləcək. Qiymətləndirmə Microsoft Teams, Whatsapp, Zoom, Skype tətbiqləri vasitəsi ilə keçirilə bilər.

5
Spaqetti ətlə

Peyvənddən öncə belə qidalar yemək lazımdır

14
(Yenilənib 01:05 20.01.2021)
Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.

BAKI, 20 yanvar — Sputnik. "Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.

Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", – deyə dietoloq bildirib.

Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.

14
Şəhidlər Xiyabanında qərənfillər, arxiv şəkli

Baş Konsulluq Qara Yanvar faciəsinə dair film hazırlayıb

0
SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluqdan Sputnik Azərbaycan-a bildirilib ki, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur.

Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının Azərbaycanda kütləvi etiraz nümayişlərinə gətirib çıxardığı və bunun da tezliklə milli azadlıq hərəkatına çevrildiyi vurğulanır. Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə o zamankı SSRİ rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır. Nəticədə uşaqlar və qadınlar da daxil olmaqla 150-yə yaxın azərbaycanlı mülki şəxsin həlak olduğu və 700-dən artıq insanın yaralandığı bildirilir.

Filmdə Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.

Həmin zaman ümummilli lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılaraq onun Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur.

SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır. Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizin 20 % ərazisini işğal etdiyi və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 gün içərisində azad etdiyi bildirilir.

Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.

0
Teqlər:
SSRİ, konsulluq, Los-Anceles, 20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", 20 Yanvar