CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda banka basqın: Gecənin qaranlığından istifadə edib...

© Sputnik / Murad OrujovKapital Bankın Bakıdakı baş ofisi
Kapital Bankın Bakıdakı baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən əməliyyat zamanı 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub

BAKI, 20 may — Sputnik. Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub.

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, mayın 19-da gecə saat 01:22 radələrində "Kapital Bank" ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən "Binəqədi" filialından polisə həyəcan siqnalı daxil olub.

Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir.

Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti
0