BAKI, 19 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, müvafiq əmrlə fondun Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.
Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.
BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.