Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

İlham Əliyev 100-dən çox insanın ölümü ilə bağlı başsağlığı verdi

572
(Yenilənib 11:28 19.05.2018)
Azərbaycan prezidenti kədərini ifadə edib

BAKI, 19 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

572
Teqlər:
təyyarə qəzası, başsağlığı, Migel Dias-Kanel Bermudes, Kuba, İlham Əliyev