CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlik mövsümünün başlanğıcı ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi - RƏSMİ

Abunə olmaq
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

BAKI, 19 may — Sputnik. Fövqəladə Hallar Nazirliyi çimərliklərdə fövqəladə hallarla bağlı davranış qaydaları və çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı məlumat yayıb. Bu barədə Sputnik Azərbaycana nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda deyilir:

— Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

— Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

— Küləkli havada dənizə girmək!

— Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

— Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

— Suda kobud hərəkətlər etmək!

— Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

— Çimərliyə ev heyvanlarını gətirmək!

— Çimərlikdə balıq tutmaq!

— Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

— Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!

— Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!

— Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

— Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

— Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

— Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

— Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

— Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər lenti
0