Qax rayonunun Sarıbaş kəndi

İstirahət günlərində ölkənin müxtəlif bölgələrinə gedənlər üçün - HAVA XƏBƏRDARLIĞI

60
(Yenilənib 18:22 18.05.2018)
Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir

BAKI, 18 may — Sputnik. İstirahət günləri üçün hava proqnozu məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.

Naxçıvan MR-da mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

Paytaxt Bakıda isə yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

60
Əlaqədar
Çimərlik mövsümü erkən gəlir - HAVA XƏBƏRDARLIĞI
Yeni həftənin ilk günündə hava qanınızı qaraldacaq - XƏBƏRDARLIQ
Sabah hava heç də ürəkaçan olmayacaq
Hava limanında "brilyant əməliyyatı" – VİDEO
Hava xəbərdarlığı: Yağış, dolu, şimşək