CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan kəndliləri yırtıcı heyvanlara şər atır"

© AP Photo / Gene J. PuskarBəbir, arxiv şəkli
Bəbir, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər təsərrüfatınıza vəhşi heyvanlar hücum edibsə, kompensasiya ala bilərsiz, lakin bir şərtlə...

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Hazırda leopard (bəbir, qaplan) hücumlarından zərər çəkmiş azərbaycanlı fermerlərə kompensasiya ödənilməsi mexanizmi üzərində iş gedir.

Bunu Sputnik Azərbaycan-a Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) yerli nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

Onun sözlərinə görə, zərərin dəqiq qiymətləndirilməsinin aydın bir sistemi olmasa, fermerlər ölmüş heyvanları yırtıcının hücumunun qurbanı kimi qələmə verəcəklər.

Əsgərov bildirib ki, fondun nümayəndələri əvvəllər kompensasiya sistemini qəbul etməyə cəhd göstəriblər, lakin nəticələr beynəlxalq təşkilatın gözlədiyi kimi olmayıb. Məsələ ondadır ki, fond yalnız leopard hücumları nəticəsində ölmüş ev heyvanlarına görə kompensasiyanı ödəməyi boynuna götürüb. 

Qazax rayonunun girişi - Sputnik Azərbaycan
HADİSƏ
Qazaxda gecə vahiməsi: Yırtıcılar qabağına çıxanı parçalayıb

Hazırda sözügedən vəhşi pişiklər Zəngəzur və Hirkan milli parkları ərazisində yaşayırlar. Lakin dağlıq meşəliklərdə bu yırtıcıların digər növlərinə də rast gəlinir. Onlar insanların olduğu yerlərə gedir, qoyun, inək və ev quşlarını məhv edirlər. Kompensasiya barədə eşidən yerli sakinlər bundan sui-istifadə edirlər. Hər dəfə onlar nümayişkaranə surətdə yırtıcıların hücumuna məruz qalmış heyvanların cəsədlərini göstərirlər.

Əsgərov etiraf edir ki, təsərrüfatlarda xırdabuynuzlu heyvanların tələf olması halları baş verib. Təsərrüfatın sahibi onların cəsədlərini itlərə atıb, sonra heyvanların leopard tərəfindən parçalandığını iddia edərək kompensasiya tələb edib. Elə buna görə də tez-tez münaqişələr baş verir.

"Lakin biz heyvanların hansı halda leopard tərəfindən öldürüldüyünü bilirik. Misal üçün, mən bu işin mütəxəssisiyəm. Ayı bir heyvanı öldürəndə, mən onun heyvanı harada parçaladığını bilirəm. Leopard əvvəlcə öz ovunu boğur, sonra onu parçalayır. Elə detallar var ki, onu bilmək lazımdır. Təəssüf ki, bizdə mütəxəssis azdır. Bir mən varam, təəssüf ki mənim də kifayət qədər vaxtım yoxdur, hər dəfə inək öləndə dağlara gedib ekspertiza həyata keçirim. Bizdə insan resursları az olduğuna görə, bu layihəni dayandırmalı olduq" — deyə fondun yerli təmsilçisi bildirib. 

Balıqçı Xudayar Abbasov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Balıqların şahı"nı ovlayan balıqçı Xəzər dənizi ilə bağlı həyəcan siqnalı verir

Hazırkı mərhələdə Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu vəhşi heyvanların fermer təsərrüfatlarına hücum etməməsi üçün önləyici tədbirlər görməyə hazırlaşır. Mütəxəssislər heyvanların tövlələrini yaşayış yerinə yaxın ərazilərdə qurmağı və oranın xüsusi qorxuducu sayrışan işıqlarla təchiz edilməsini məsləhət görürlər. İş ondadır ki, heyvanlar zamanla daimi yanan gecə işıqlarına öyrəşirlər və fermer təsərrüfatlarına hücum etməkdən qorxmurlar. Lakin sayrışan işıq lampaları vəhşi heyvanları, eləcə də leopardları qorxudur.

Əgər leopardlar davamlı olaraq ev heyvanlarına hücum edirlərsə, onda kompensasiya ödəmək imkanları nəzərdən keçirilir.

"Biz leopardları qoruyuruq və yerli sakinlərdən də xahiş edirik ki, ətraf mühitə öz təsirlərini azaltsınlar. Kəndlilər də öz növbələrində fikirləşirlər ki, əgər meşəyə getməyə icazə verilmirsə, deməli, buna görə onlara kompensasiya ödənilməlidir. Kəndlilərin nadir yırtıcılara münasibətini yumşaltmaq üçün hansısa iqtisadi alətləri qəbul etmək lazımdır. Misal üçün, onların bir sıra sosial-iqtisadi problemləri aradan qaldırılmalıdır. Bizim ekspertlər də bu istiqamətlə işləyirlər" — deyə Əsgərov bildirib.

Qeyd edək ki, kompensasiya fondun öz vəsaitləri hesabına ödəniləcək.

Xəbər lenti
0