CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada itkin düşmüş alpinistlərin cəsədi tapıldı

© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata əsasən, ərazidə iki kişi və bir qadın meyiti aşkar edilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib. 

Bu barədə Sputnik Azərbaycan-a FHN-dən bildirilib.

Məlumata əsasən, ərazidə iki kişi və bir qadın meyiti aşkar edilib. Cəsədlər artıq Quba rayonu Xınalıq kəndi ərazisinə gətirilib. Onları buradan helikopter Bakıya aparacaq.

Xatırladaq ki, 26 dekabr 2017-ci il tarixində Quba rayonunda dağlıq ərazidə “Gilavar" — hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlun itkin düşmüşdülər. Onların axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı yaradılmışdı.

Xəbər lenti
0