Balta və ağac kötüyü

Meyvə gətirən ağacı kəsdilər, polisə düşdülər

87
(Yenilənib 22:49 16.05.2018)
Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib

BAKI, 16 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.

87
Qədim sikklələr, arxiv şəkli

Macəra filmindəki kimi - Barın yaxınlığından xəzinə tapılıb

0
(Yenilənib 07:21 10.08.2020)
Ekspert Naycel Millsin qiymətləndirməsinə görə, hərracda tapılan sikkələrin dəyəri 100 min funt sterlinqə çata bilər.

BAKI, 10 avqust — Sputnik. İngiltərənin Saffolk qraflığından olan xəzinəaxtaranlar The Lindsey Rose barının yaxınlığında qədim xəzinə tapıblar. Bu barədə yerli qəzet East Anglian Daily Times məlumat verib.

40 yaşlı Lyuk Mahoni və iki dostu məkanın sahiblərinin icazəsi ilə barın yaxınlığında yerləşən sahəni metal axtaran detektor vasitəsilə araşdırıblar. Onlar xəzinə axtarışlarına iyulun 26-da səhər saatlarında başlayıblar. Mahoninin ilk tapıntısı sikkələr olub: qızıl və altı pens. Bir az fasilədən sonra ortaqlar bütün ərazidən sikkələr tapmağa başlayıblar.

"Onlar hər yerdə idi. On dəqiqəlik axtarışdan sonra güclü bir siqnal eşitdim və düşündüm: "Budur o". Qazmağa başladıq və burada küp gördük. Palçığı qaşıyıb təmizləyirsən və sikkələri görürsən, bu təsvirəgəlməz hissdir", - deyə Mahoni xatırlayır.

Xəzinəaxtaranlar barın sahəsini üç gün ərzində ələk-vələk ediblər, gecələr isə buranı digər xəzinəaxtaranlardan qoruyublar. "Mən orada üç gün keçirdim. Yatmadım. Gecələr maşında oturur və kimsənin xəzinənin dalınca əraziyə girməməsi üçün oranı izləyirdim. Hətta indi belə mən bir az həyəcanlanıram", - Mahoni deyir.

Nəticədə, ortaqlar XV-XVII əsrlərə aid 1061 gümüş sikkəni qazıb çıxarmağa nail olublar.

Ekspert Naycel Millsin qiymətləndirməsinə görə, hərracda tapılan sikkələrin dəyəri 100 min funt sterlinqə çata bilər.

Daha əvvəl Polşanın Krakov şəhərində inşaatçılar binanın zirzəmisində dəyəri 400 min funt-sterlinqə bərabər olan 10 min qədim sikkə tapmışdılar. Dəfinə Krakov Arxeologiya Muzeyinin nümayəndələrinə təhvil verilib. Onlar pul torbalarının həmin binada necə peyda olduğunu öyrənməyə çalışacaqlar.

0

İcra başçısının müavinini maşın vurdu

15
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

15