Один из филиалов DəmirBank в Баку

Bağlanmış bankın kreditorlarına müraciət edildi

150
(Yenilənib 19:37 14.05.2018)
ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib

BAKI, 14 may — Sputnik. Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16:30-da təyin edilib.

ADİF-dən “APA-Economics”ə verilən xəbər görə, Fond ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.

Bakı Apellasiya Məhkəməsi:

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Əmanətlərin Sığortalanması Fondu:

Bakı şəhəri, Babək prospekti, 16

150