Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива

Sürücülərin nəzərinə: Bu yollar bağlanır

595
(Yenilənib 16:37 14.05.2018)
Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq

BAKI, 14 may — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, bu prospektdən Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

595
Teqlər:
Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, Heydər Əliyev prospekti, Babək prospekti, Xətai prospekti
Əlaqədar
Sürücülərə xoş xəbər: Bu yol açıldı
Yol Polisinin “BMW”-ləri satışa çıxarılır
Qaydanı pozan sürücü yol polisinin iki müfəttişini vuraraq aradan çıxıb
Bakıda ağır yol qəzası nəticəsində 2 nəfər öldü
Sürücülərin nəzərinə: Bu yol bağlanır

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

4
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

4
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin
piano

Balaca pianoçu beynəlxalq müsabiqənin laureatı olub

3
(Yenilənib 19:31 16.05.2021)
Balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb. Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

BAKI, 16 may — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən "Star of the Rome" (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb.

Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

Eləcə də oxuyun: 

Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb

* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Şəhid polkovnikin pianoda ifası hər kəsi kövrəltdi - VİDEO

3
Teqlər:
azərbaycanlı, müsabiqə, piano