Televizor pultu, arxiv şəkli

İctimai televiziyanın rəhbəri dəyişdi: Cəmil Quliyev getdi, yerinə...

1244
(Yenilənib 16:58 11.05.2018)
Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib

BAKI, 11 may — Sputnik. İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Balaş Qasımov
Balaş Qasımov

Məsələ ilə əlaqədar açıqlama verən Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim".

C.Quliyev ona indiyədək etimad göstərən şəxslərə təşəkkür edib: "Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram".

"Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”, — Quliyev deyib.

1244
Teqlər:
Balakişi Qasımov, baş direktor, Cəmil Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkəti, dəyişiklik
İnsan kölgəsi

Xalq artistinin əşyaları oğurlanıb

2
Mərhum sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib.

BAKI, 9 mart — Sputnik. Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış ev muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib. Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.

2
Faiq Ağayev

Müğənni illər əvvəl oxuduğu populyar mahnıya yeni nəfəs verib - VİDEO

11
(Yenilənib 15:23 09.03.2021)
Müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib

 

BAKI, 9 mart — Sputnik. Xalq artisti Faiq Ağayev 25 il sonra "Səni əvəz eləmir" mahnısını yeni verdiyada (Remake) təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib.

Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi isə Gülər Həsənovaya məxsus olan mahnının klipi dinləyicilər tərəfindən bəyənilib.

11