FHN Yanğınsındürmə xidmətinin avtomobilləri hadisə yerində

Bakıda məktəb binası yandı, 560 nəfər təxliyə olundu

907
(Yenilənib 17:13 10.05.2018)
Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək

BAKI, 10 may — Sputnik. Bu gün Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın olub.

Sputnik Azərbaycan xəbər verir ki, yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Qəsəbə sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Uşaqlar təxliyə edilib və yanğın söndürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə isə, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Məktəbdən şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.

Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb. Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

907
Teqlər:
təxliyyə, FHN, məktəb, Qaradağ, yanğın

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22