Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar

Şimal-qərb bölgəsində qeyri-adi aksiya

315
(Yenilənib 10:28 10.05.2018)
Oğuz rayonunda məhv olan meşələri insanlar bərpa etməyə çalışırlar

İlham Əhmədov, Sputnik Azərbaycan.

BAKI, 10 may — Sputnik. Oğuzun Xaçmaz kəndində qeyri-adi aksiya həyata keçirilib. Belə ki, kənd sakinləri pozulmuş ekoloji sistemə dəstək məqsədi ilə təbii şəraitdə meşə ağaclarının soyunun artırılması və yeni meşə zolaqlarının salınması məqsədi ilə çöl şəraitində ağaclara calaq vurublar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu aksiya respublikada ilk olaraq Oğuz rayonunun Xaçmaz kəndində həyata keçirilib. Aksiyada, ümumilikdə, 50 nəfər kənd sakini iştirak edib. Aksiyanin ilk günündən 6-7 hektar ərazidə 2500 ağaca calaq vurulub.

  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
  • Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
    © Sputnik / Ilham Ahmadov
1 / 6
© Sputnik / Ilham Ahmadov
Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar

Sözügedən aksiyanın davamı olaraq avqust ayında yenidən tumurcuq calağı adlı yeni aksiya həyata keçirilməsi nəzərdə tutulur. Sakinlər qeyd edirlər ki, bu layihə meşələrin qorunması mesajının verilməsi üçün ideal vasitədir.

Layihənin ideya rəhbəri kənd sakini İlkin Lətifovdur. Onun sözlərinə görə, bu aksiya 5 il müddətində davamlı olaraq həyata keçiriləcək. Aksiyanin əsas məqsədlərindən biri də, keçən il meşə zolağında baş vermiş güclü yanğının fəsadlarının aradan qaldırılmasına və eko-tarazlığın yenidən bərpa olunmasına təkan verməkdir. Kənd sakinləri bu üsulla yeni meşə massivinin salınmasında eko sistemə, az da olsa, köməklik göstərmək istəyirlər.

Onu da vurğulayaq ki, keçən il aparılmış reydlər nəticəsində Şimal-Qərb bölgəsində ən çox qanunsuz şəkildə meşə qırılması məhz Oğuz rayonunda qeydə alınıb.

315
Teqlər:
Xaçmaz kəndi, Oğuz rayonu, meşə, ağac, aksiya
Əlaqədar
Lerik və Şabranda meşə yanğını başlayıb
Cəlilabadda çobanlar meşədə meyit tapdılar
Bir neçə gün əvvəl itkin düşdü, bu gün meşədə meyiti tapıldı
Meşədə həyat mübarizəsi: 5 gün mənfi 30 dərəcədə
Meşə yanğını sürətlə yayılır, ölənlər və itkin düşənlər var

İcazələrlə bağlı vəziyyətə aydınlıq gətirildi İqtisadiyyat Nazirliyi müraciət etdi

12
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

BAKI, 5 iyul – Sputnik. Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi):

https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələrinin siyahısı ilə bu linklər vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/article/911/print/

https://cabmin.gov.az/media/files/a0d53995ef202836f886389f911971d3.pdf

 

12
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İdman zalı

Koronavirusla idman zalında “mübarizə” Yevlaxda reyd keçirildi

1
(Yenilənib 18:40 05.07.2020)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

BAKI, 5 iyul – Sputnik. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib. 

Bildirilir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

1