CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə 1 kiloqram heroin tutuldu

© Sputnik / Rahim Muradovİran vətəndaşından götürülmüş heroin
İran vətəndaşından götürülmüş heroin - Sputnik Azərbaycan
Abunə olmaq
O, ifadəsində bildirib ki, heroini 5 milyon İran rialı müqabilində Azərbaycan ərazisinə gətirib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. İran İslam Respublikasının vətəndaşı narkotik vasitə ilə saxlanılıb.

© Sputnik / Rahim MuradovAbanqa Viznə
Abanqa Viznə - Sputnik Azərbaycan
Abanqa Viznə

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın Cənub bürosuna verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Abanqa Viznə Əmin Əli oğlu Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri ərazisində yerləşən Dənizkənarı parkda saxlanılıb. Saxlanılan zaman onun üzərinə baxış keçirilib və nəticədə kürəyində olan bel çantasında 3 bükümdə ümumi çəkisi 1 kq 30 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İran vətəndaşı olan Abanqa Viznə Əmin Əli oğlu şübhəli şəxs qismində tutulub.

O, ifadəsində bildirib ki, heroini öz ölkəsində Rüstəm adlı şəxsdən əldə edib və 5 milyon İran rialı müqabilində Azərbaycan ərazisinə gətirib. Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0