Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil Nazirliyi qaranlıq məqamlara aydınlıq gətirəcək Canlı yayım olacaq

312
(Yenilənib 19:55 08.05.2018)
May ayında keçiriləcək diaqnostik qiymətləndirmə, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə gözlənilən yeniliklər və digər bu kimi məsələlərlə cavab veriləcək

BAKI, 8 may — Sputnik. Mayın 11-də saat 14:00-da "Təhsil" televiziyasının "Həftənin sualı" verilişi Təhsil Nazirliyinin "Youtube" kanalı və "Facebook" sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov olacaq.

Verilişdə may ayında keçiriləcək diaqnostik qiymətləndirmə, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə gözlənilən yeniliklər və digər bu kimi məsələlərlə bağlı suallara aydınlıq gətiriləcək.

Göstərilən məsələlərlə əlaqədar sizi maraqlandıran sualları hefteninsuali@edu.gov.az elektron poçt ünvanına göndərə, həmçinin canlı yayım zamanı şərhlər bölməsinə yaza bilərsiniz.

312
Teqlər:
müəllim, canlı yayım, cavab, sual, Təhsil Nazirliyi
Arxeoloji qazıntılar, arxiv şəkli

Cəlilabadda yerləşən yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb

7
(Yenilənib 18:17 06.08.2020)
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb.

 

BAKI, 6 avqust — Sputnik. Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən "Qazan köşkü" arxeoloji abidəsinə müdaxilə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıblar.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən "Qazan köşkü" abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb. Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid "Qazan köşkü" müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

7
Əlaqədar
Hər qarışından tarix boylanan qəsəbə: Orada “Kasıb Piri” və “Əli daşı” kimi möcüzələr var
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Daha möhkəm: Bərpadan sonra İçərişəhərin Qala qapıları necə görünür
Bir zaman Bakını o məşhur etmişdi, indi "borcu" qaytarmaq zamanıdır - FOTO

Təbii həkim: Azərbaycanda pandemiya dövründə qarağat bağları çoxalır

4
(Yenilənib 18:09 06.08.2020)
Fermerlərimiz qarağat təsərrüfatlarını genişləndirməyi planlaşdırır. Pandemiya dövründə bu giləmeyvəyə olan tələbat getdikcə artır. Plantasiyadan daha ətraflı videomuzda izləyin.

Ağstafanın Qarahəsənli kəndində fermerlər kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan qarağatı yığırlar. 

Bu rayonda əsasən giləmeyvənin qara rənglisi becərilir. Mərhələli şəkildə yetişdikcə əl ilə bir-bir, yaxud salxım-salxım yığılan qarağat əziyyətlə toplansa da yaxşı qiymətə gedir. Bu səbəbdən fermerlər qarağat bağlarını ildən-ilə genişləndirirlər. 

Pandemiya dövründə isə qarağata olan tələbat daha da artıb. Belə ki, orqanizm üçün faydalı olan bu meyvə insanda immuniteti yüksəltməklə yanaşı, qış üçün də yaxşı azuqələrdən sayılır.

Fermer Məhəmməd Babayev hazırda qarağatın kiloqramının sahələrdə 2 manata, 2 manat 50 qəpiyə satdıqlarını bildirir.

“Azərbaycanda hər bir evdə, demək olar ki, qarağatdan istifadə edilir. Əsasən kompot və mürəbbə hazırlanır. Qiyməti də qane edir. Hətta onlayn şəkildə bizə müraciət edirlər. Çatdırırıq, pulumuzu alırıq”, -  deyə fermer bizimlə bölüşüb.

Lakin fermerlər bu sahədə də çətinliklərin olduğunu, məhsuldarlığa təsir edən ziyanvericilərlə fərdi şəkildə mübarizə edə bilmədiklərini deyirlər. Fermer Süleyman Babayev bunu lazım olan dərmanlardan düzgün istifadə edə bilmədikləri ilə əlaqələndirir.

Fermerlər deyirlər ki, pandemiya dövründə təsərrüfatlarında rahat işləyib öz məhsullarını yığmaqda heç bir çətinliklə üzləşməyiblər. Qarağatdan bu il yaxşı gəlir götürdüklərindən giləmeyvə bağlarını bir qədər də artırmağı düşünürlər.

4