II Dünya müharibəsi veteranı Əmrah Məmmədov

Veteran: Məni toplu məzara atmışdılar, iniltimi eşidib, çıxardılar

357
(Yenilənib 15:28 08.05.2018)
İkinci Dünya Müharibəsinin azərbaycanlı şahidinin acılı-şirinli xatirələri

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Ömrünün ən fəal dövrünü İkinci Dünya müharibəsinə həsr edən, ağır zərbələr alan həmvətənlərimiz çox olub. İllər keçsə belə, o yaraların izi hələ də sağalmayıb, yaddaşlardan silinməyib. Böyük Vətən müharibəsi Azərbaycandan çox uzaqda getsə də, ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss etməyib. Həmçinin qələbə qazanılmasında da Azərbaycanın və azərbaycanlıların rolu az olmayıb.

Böyük Vətən müharibəsində əməyi keçən, igidlik göstərən azərbaycanlılardan biri də Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan 97 yaşlı Əmrah Məmmədovdur. Sputnik Azərbaycan-ın bölgə müxbiri 9 May – Qələbə günü ərəfəsində qəhrəman veteranla görüşüb, müharibə haqqında xatirələrini dinləyib.

II Dünya müharibəsi veteranı Əmrah Məmmədov
© Sputnik / Leyla Abdullayeva
II Dünya müharibəsi veteranı Əmrah Məmmədov

II Dünya müharibəsi veteranı Əmrah Hacıəli oğlu Məmmədovun yaşının bir əsrə yaxın olmasına baxmayaraq, ürəyi çalışmaq və yaşamaq əzmi ilə döyünür.

Danışır ki, o, 1921-ci ildə Böyük Həmyə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiyada hərbi məktəbə qəbul olub: "Lakin müharibə başladığı üçün 1942-ci ilin yanvar ayında müharibəyə getdim. Əvvəlcə Rusiya ərazisində almanlara qarşı mübarizə apardım və çox zülmlər, acılar gördüm. Gözümün önündə dostlarımı itirdim və günlərlə özümə gələ bilmədim".

Yaşlı veteran müharibədə başına gələn qəribə və dəhşətli bir hadisəni də danışır: "Döyüş zamanı ağır yaralandım. Həmin vaxt ölmüş əsgərlərin hamısını bir yerə yığır, sonra aparıb toplu məzarda dəfn edirdilər. Məni də ölü bilib meyitlərin yanına qoyublar. Əvvəlcə böyük quyular qazırdılar, meyitləri at arabaları ilə aparıb ora tökürdülər. Məni də aparıb o quyuya atmışdılar".

"Meyitləri atıb qayıdanda tibb bacısı xırıltı səsi eşidib. Baxanda görüb ki, hələ ölməmişəm və məni dərhal hospitala aparıblar. Orada müalicə olundum. Hospitaldan çıxandan sonra mübarizəmi Ukrayna ərazisində apardım. Vuruşduğum alayda tək azərbaycanlı mən idim" — deyə xatirələrini vərəqləyir qocaman veteranımız.

Müharibədə tankçı olduğunu deyən Əmrah baba faşizm üzərində qələbədə Bakı neftinin böyük rol oynadığını bildirir: "Rus əsgərlər özləri etiraf edirdilər ki, əgər Bakı yanacağı olmasaydı, məğlub olardıq. Çünki almanların silahları çox güclü idi. Demək olar ki, qələbənin əlli faizi bizim neftimizin payına düşür. Həmin vaxt bir daha azərbaycanlı olduğum üçün fəxr etdim".

Müsahibimiz danışır ki, müharibədən sonra ona Ukraynada qalmağı təklif etsələr də, o, vətənə qayıtmağı üstün tutub: "1946-cı ilin yay ayları idi. Qələbə qazandıqdan sonra kənddə bir neçə gün istirahət etməyə getdik. O kənddə bir qadın vardı, mənə vurulmuşdu. Məndən orda qalmağı, onunla ailə qurmağı xahiş etdi. Ancaq məni vətənimdə gözləyənlərin olduğunu dedim və vətənə qayıtdım. Burada ailə qurdum".

Dediyinə görə, Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko Əmrah Məmmədovu müharibədə qəhrəmalığına görə şərəf ordeni ilə təltif edib.

Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Əmrah Məmmədova verilmiş orden
© Sputnik / Leyla Abdullayeva
Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Əmrah Məmmədova verilmiş orden

Müharibədən sonra kəndlərinə qayıdan Ə.Məmmədov Gəncədə indiki Azərbaycan Dövlət Aqrar Universitetində aqronomluq ixtisası üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra uzun müddət aqronom işləyib.

Hazırda 8 övladı, 40 nəvəsi, 68 nəticəsi, 3 kötücəsi olan 97 yaşlı Əmrah baba 1 ildir ki, həyat yoldaşını itirib və hələ də hər gün onun üçün göz yaşı tökür.

Qəhrəman veteran Qarabağ dərdimizdən də danışır, ermənilərin hələ o dövrdə belə, xain niyyətli olduğunu vurğulayır: "Sıralarımızda ermənilər də var idi. Ermənilər bizə qarşı nifrətlərini elə o vaxt da büruzə verirdilər. Böyük Vətən müharibəsi vaxtı da satqınlıq edirdilər".

Əmrah babanın 8 övladı, 40 nəvəsi, 68 nəticəsi və 3 kötücəsi var
© Sputnik / Leyla Abdullayeva
Əmrah babanın 8 övladı, 40 nəvəsi, 68 nəticəsi və 3 kötücəsi var

Həmsöhbətimiz ermənilərin satqınlığı ilə bağlı bir xatirəsini də bizimlə bölüşüb: "Bir gecə əmr gəldi ki, sübhdən macarlara hücum edəcəyik. Mən aramızdakı erməni əsgərinin satqınlıq edəcəyindən şübhələndim və gedib komandirimizə məlumat verdim. Çox keçmədi ki, gəlib həmin erməni əsgərini apardılar. Məlum oldu ki, o, artıq macarlara hücum haqqında məlumat ötürüb. Mənim sayıqlığım nəticəsində biz sağ qaldıq".

"Həmin gecə əsgərlər məni bir qəhrəman kimi atıb-tuturdular. Tək azərbaycanlı olmağıma baxmayaraq, hər zaman azərbaycanlı adını üstün tutmağa çalışdım. İstəmirdim ki, mənim hər hansısa səhv hərəkətimə görə, millətimin adına söz gəlsin" — deyən keçmiş döyüşçü ötən illəri həm kədərlə, həm qürurla xatırlayır.

357
Teqlər:
almanlar, veteran, Siyəzən, İkinci Dünya Müharibəsi, erməni, Əmrah Məmmədov, Pyotr Poroşenko, Ukrayna
Əlaqədar
Onlar böyük müharibənin yadigarlarıdırlar: Bərdədə 11 veteran yardım alacaq
Dövlət başçısından müharibə veteranlarına böyük dəstək
Silahlı şəxs 3 veteranı girov götürüb
Dövlət başçısından müharibə veteranlarına xoş xəbər
Qırıcı təyyarələrə və hərbi gəmilərə sahib olan Qarabağ veteranı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyevanın o füsunkar geyiminin müəllifi kimdir?

262
(Yenilənib 20:59 21.06.2021)
Amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilən bu brenddə üsyankar ruh, avanqard və azadlıq notları var.

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin xanımı Mehriban Əliyeva öz zövqlü geyimləri ilə hər kəsi valeh edir. O, bir çox moda jurnalları və portallarda dünyanın ən zövqlə geyinən First lady-ləri arasında ön sıralarda yer alır.

Onun bu il mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən geyindiyi boz rəngdə plaş isə moda dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Azərbaycanın birinci xanımına bu geyimin çox yaraşdığını, zərif görünüşünü tamamladığını qeyd edir.

Sputnik Gürcüstan həmin plaşın hansı brenddən olduğunu araşdırıb. Məlum olub ki, Mehriban Əliyevanın geyindiyi həmin boz plaşın müəllifi Gürcüstanın "Situationist" brendidir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
"Gürcüstanın sosial şəbəkəsinin istifadəçilərinin diqqətini xanım Əliyevanın Gürcüstan brendindən boz rəngli bir plaş geyməsi çəkib. Geyim öz lakonikliyi və "Situationist" xas asimmetrikiyi ilə seçilir. İlham Əliyev və Mehriban Əliyevanın fotolarını gürcü brendinin özü də sosial şəbəkədə paylaşıb", - deyə məlumatda bildirilir.

"Situationist" brendi dizaynerlər İrakli Rusadze və David Qiorqadze tərəfindən 2015-ci ildə yaradılıb. Onların işi məşhur amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilib.

"Situationist" brendində üsyankar ruh, avanqard və azadlıq notları var. Hazırda İrakli Rusadze "Situationist" üçün yeni modellərin hazırlanması üzərində işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva bu ilin mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən bu geyimi geyinib.

 

262
Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

213
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

213
Teqlər:
yay mövsümü, qiymətlər, Qax, Zaqatala, Şəki, bölgələr, kirayə mənzil, kirayə ev, kirayə

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şans yaranıb - Ceyhun Bayramov

13
(Yenilənib 21:35 21.06.2021)
Nazir deyib ki, münasibətlərin normallaşdırılmasının əsasında beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi dayanır.

BAKI, 21 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.

Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd edilib.

Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən Alyansın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın Alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırılb.

Görüşdə həmçinin qaqşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

13