CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmi 6 həftəyə tikilən möhtəşəm meydan

Abunə olmaq
5 min kvadrat metr ərazini əhatə edir və 25 min tamaşaçı tutumuna malikdir

BAKI, 7 may — Sputnik. 2012-ci ildə "Baku Crystal Hall" istifadəyə verilib. Möhtəşəm salon Bayraq Meydanı ərazisində tikilib.

İdman-konsert salonu olan "Baku Crystal Hall" beynəlxalq mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

25 yanvar 2012-ci ildə elan olunub ki, "Eurovision-2012" mahnı müsabiqəsi burada keçiriləcək. Tikinti rəsmi olaraq 2012-ci il aprelin 16-da başa çatıb. Kompleks həmin il mayın 7-də istifadəyə verilib. 22-26 may tarixində isə "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və final mərhələsi bu salonda keçirilib.

"Baku Crystal Hall" "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən tikilib. Əsasən yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır. 5 min kvadrat metr ərazini əhatə edir və 25 min tamaşaçı tutumuna malikdir.

Qısa müddət ərzində bir çox məşhur müğənniləri qəbul edib. Həmçinin, bir çox beynəlxalq yarışların meydanına çevrilib.

Xəbər lenti
0