Seysmoqraf. Arxiv şəkli

Masallıda zəlzələ oldu

113
(Yenilənib 20:40 06.05.2018)
Zəlzələnin episentrdə dərinliyi 40 km təşkil edib

BAKI, 6 may — Sputnik. Masallı rayonu ərazisində 3,3 maqnituda gücündə zəlzələ baş verib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:35-də Lənkərandan 26 km şimalda Masallı rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin episentrdə dərinliyi 40 km təşkil edib.

113
Teqlər:
yeraltı təkanlar, Respublika Seysmoloji Xidmət Mərkəzi, zəlzələ, Masallı rayonu
Onlayn dərs, arxiv şəkli

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı

2
(Yenilənib 15:44 27.05.2020)
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər

BAKI, 27 may — Sputnik. “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 28-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.  “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda " Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

2
Əlaqədar
Real olmasa da, məktəb: Şagirdlər hər gün dərsə necə "gedirlər"
Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın nə tərbiyəsi olacaq, nə də sağlamlığı
Təhsil nazirinin müavini dərs ili ilə bağlı vacib açıqlamalar verdi
Məktəb davam edir, amma yeni formatda – Teledərs layihəsi necə ərsəyə gəlir
Bakıda yaşlı kişi, arxiv şəkli

Cəlal İsayevdən bədbin proqnoz: "Hər payız-qış mövsümündə o bizi təhdid edəcək"

7
(Yenilənib 16:05 27.05.2020)
"Kim bu virusun varlığına şübhə ilə yanaşırsa, mən onu əyninə kombinezon geyindirib koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaya apara bilərəm" - Cəlal İsayev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etsə də, karantin tələblərinə əksər hallarda əməl edilmir. Milli Məclisin deputatı Kamran Bayramov da bildirib ki, Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalı ciddi şəkildə artır.

O deyib ki, insanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir: “Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil.

Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var. Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər.

Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.

Bəs görəsən, koronavirus pandemiyası ilə əlaqədar qanunvericilikdə hər hansı sərtləşmələrin olması mümkündürmü?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası davam etdiyi müddətdə insanların sosial məsafə gözləməsi, tibbi maskadan istifadə etməsi şərtdir: "Bu, qanuna salınmasa da, metodik göstərişlərdə öz əksini tapıb. Əslində insanlar vəziyyəti başa düşüb özləri tibbi maskadan istifadə etməlidirlər. Mütləq şəkildə sosial məsafəni qorumalıdırlar. Amma koronavirusa yoluxma sayının artması onu göstərir ki, karantin qaydalarında yumşalma insanları arxayınlaşdırıb.

Avtobusda, qapalı yerlərdə tibbi maskadan istifadə edənlər çox azdır. Bu mənzərə imkan verir ki, deputatın dediyi kimi, tibbi maskadan istifadə, sosial məsafənin qorunması məcburi olsun. Biz də tərəfdarıyıq ki, bu məsələ Milli Məclisdə qaldırılsın. Pandemiya dövründə tibbi maskanın istifadəsinə görə məsuliyyət müəyyənləşsin. İnsanlar anlamalıdırlar ki, tibbi maska onları hava-damcı infeksiyalarından qoruyur. Koronavirus bizi hər payız-qış mövsümündə təhdid edəcək".

C.İsayev deyir ki, koronavirusun varlığına inanmayanlar öz çevrələrini də məsuliyyətsiz davranmağa sövq edirlər:  "Çox təəssüf ki, hamı koronavirusa yoluxan qohumunu, "dayısı, xalası oğlunu" axtarır. Belə insanlar fikirləşirlər ki, virus olsaydı, ətraflarında ona yoluxan qohumları olardı. Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçib. Buna rəğmən, kim bu virusun varlığına şübhə ilə yanaşırsa, mən onu əyninə kombinezon geyindirib koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaya apara bilərəm".

7
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Koronavirus peyvəndinin testlərinin başlayacağı tarix açıqlandı
Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi
Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə sərt xəbərdarlıq